Demokratik TV
Xəbər lenti
Arutyunyan hələ də "at oynadır" və diqtə edir ?
- 08 fev 2021, 09:35

Bu kimi xəbərlərdən ciddi şəkildə narahat olan Qarabağ terrorçularının başçısı, Azərbaycan hüquq mühafizə orqanları tərəfindən barəsində cinayət işi açılan Araik Arutyunyan çevrənin daraldığını gördüyü üçün hərəkətə keçib.
Arutyunyan “ordu” və “nazirlik”lə bağlı xəbərləri təkzib edib və bunları dezinformasiya adlandırıb. Həmçinin belə xəbərlərin ermənilər tərəfindən yayılmasından təəssüfləndiyini bildirib.
A.Arutyunyan bundan əlavə, 35 km-lik Qırmızı Bazar-Şuşa yolunun Azərbaycanın nəzarətinə veriləcəyi, həmçinin Xankəndi şəhərində Azərbaycan bayrağının dalğalması üçün “icazə” (?) verildiyi barədə ermənilər arasında yayılan xəbərləri də təkzib edib.
Baş terrorçu “bütün dövlət orqanları”nın işinə davam edəcəyi haqda sərsəm fikirlər söyləməklə Qarabağdakı bir ovuc erməninin qaçıb aradan çıxmasını əngəlləməyə və onları girovluqda saxlamaqla özünü də sığortalamağa çalışıb. Deyib ki, bütün diqqəti “artsax”ın qurulmasına, təhlükəsizliyin bərpa olunmasına, əsirlərin qaytarılması və itkinlərin tapılması prosesinə yönəltmək lazımdır.
Beləliklə, Vitali Balasanyanın sərsəm fikirlərindən sonra Arutyunyan da növbəti dəfə baş qaldırıb. Görünən budur ki, terrorçuların başı “yumruq” üçün möhkəm darıxır. /musavat.com/

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Paşinyan Qarabağın "baş separatçısı"nı da döyüşə göndərdi?
Tuğ kəndindəki "Kataro" şərab istehsalı zavodu Bakının nəzarətinə keçdi
Separatçıların cani lideri İsraili də ittiham etdi
Paşinyan və Arutyunyan görüşündə məğlubiyyətin FOTOSU
Araik Arutyunyan Moskvaya gizli səfər edib və niyə tutulmayıb?
Araik Arutunyanın ailəsi Xankəndinə qayıtdı
Arayik Arutunyan partiya rəhbərliyindən istefa verdi
Ermənistan XİN rəhbəri Qarabağa gəldi
“Qisas” əməliyyatı: Azərbaycan hərbi cani, general Calal Arutyunyanı belə məhv etdi
Araik Harutyunyan: "Azərbaycan Ordusu Şuşanın 5 km məsafəsindədir"
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti