Sahibə Qafarova Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

  • 06 fev 2021, 10:20
Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı iki dost və strateji tərəfdaş ölkə arasında çoxşaxəli əməkdaşlığın önəmi vurğulanıb , yüksək səviyyəli siyasi dialoqun davamlı rejiminə və səmərəli münasibətlərə xüsusi diqqət yetirilib. 
Tərəflər COVİD-19 pandemiyası ilə bağlı məsələləri, həmçinin ikitərəfli və çoxtərəfli parlamentlərarası əmıkdaşlıq formatlarını müzakirə edib.  2021-ci ildə Gürcüstan-Azərbaycan münasibətlərini, o cümlədən yüksək səviyyəli səfərlər, müvafiq hökumətlərarası, iqtisadi və dövlət sərhədlərinin delimitasiya-demarkasiya komissiyalarının fəaliyyərti, işgüzar forumların keçirilməsi ilə əlaqəli fəaliyyətləri intensivləşdirmək arzusu ifadə edilib.
Görüşdə bölgədəki son hadisələrlə bağlı fikir mübafiləsi aparılıb.  Dağlıq Qarabağ məsələsinə gəlincə, Zurab Pataradze Gürcüstanın iki qonşu dövlət arasında bölgənin sabitliyi və inkişafı üçün vacib olan silahlı qarşıdurmanın dayandırılmasından məmnun olduğunu bildirib. (apa)
Oxşar xəbərlər