Rəsulzadənin məzarı ziyarət EDİLDİ

  • 01 fev 2021, 00:56
Bu gün 1918-1920-ci illərdə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan milli istiqlal hərəkatına başçısı, siyasi-ictimai xadim Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.
 
Azərbaycanın Türkiyədəki Səfirliyinin kollektivi Məhəmməd Əmin Rəsulzadənin Ankarada yerləşən Əsri məzarlığındakı  məzarını ziyarət edib.
 
Tarixi şəxsiyyətin məzarına əklil qoyulub, ruhuna dualar oxunub. (APA)
Oxşar xəbərlər