Demokratik TV
"Paşinyanın komandası xarici casuslardır" - Manukyan
"Paşinyanın bir komandası var, bunlar da xarii casuslardır! İndi Ermənistanda müxtəlif ölkələrdən, o cümlədən Türkiyədən çox sayda casus şəbəkəsi var!".

“Onlar hakimiyyətə güc göstərirlər. Ermənistan Milli Təhlükəsizlik Xidməti bununla məşğuldurmu? Ölkəmizi daxildən müdafiə etməsi lazım olan ciddi bir təşkilat yalnız xırda siyasi məsələlərin həlli üçün istifadə olunur. Güclü bir Milli Təhlükəsizlik Xidməti olmadan bir ölkə içəridən təhlükəsiz ola bilməz. Xarici fondlar tərəfindən maliyyələşdirilən təşkilatlar gənclərimizə uyğun psixologiyaları aşılayır və özlərinə qulluqçu edirlər. Və bu xidmətçilər indi hakimiyyətdədirlər. Paşinyanın bir komandası var və bu heç bir halda "Mənim addımım" deyil, təxminən 20 nəfərdir, əksəriyyəti xarici cəsuslardır, erməni xalqına uyğun olmayan proqramlar var "deyə erməni siyasətçi öz çıxışında biuldirib.
Siyasətçinin çıxışından aydın olub ki, o, çıxışında dolayısıyla Paşinyanı hakimiyyətə gətirən məşçhur qərb təşkilatını - "SOROS"u tənqid edir. Eləcə də Ermənistanda tuğyan edən korrupsiyanı, işsizliyi müxbir olanda rüşvətxorluğu ilə ad qazanmış Nikol Paşinyanın ayağına yazır.
Siyasətçi qeyd edib ki, belə davam edərsə Ermənistan sadəcə məhvə məhkumdur!
Demokratik.Az
