Paşinyan Xankəndinə gəlir - "Bakı Qarabağa qanunsuz səfərlərə susmamalıdır"

  • 06 yan 2021, 17:33
Yanvarın 5-də Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Xankəndinə səfərə gəlməsi Azərbaycanda etiraz doğurub. Xatırladaq ki, rəsmi İrəvan Ayvazayanın Dağlıq Qarabağa gəlməsini işçi səfər" adlandırıb və nazirin separatçı Araik Arutyunyanla görüşdüyünü açıqlayıb.
Xəbərdə bildirilirdi ki, Ayvazyan və Arutyunyan “9 noyabr razılaşmasından irəli gələn vəzifələrin icrası vəziyyətini, əsirlərin vəəsirlikdə olan mülki şəxslərin təhlükəsiz qaytarılması və münaqişə zonasında sülh və stabilliyin bərqərar edilməsi məsələlərini” müzakirə ediblər.
Qeyd edək ki, dünən  Ermənistanın əmək və sosial məsələlər naziri Mesrop Arakelyan daAzərbaycanın Qarabağ bölgəsinə, Rusiya sülhməramlılarının nəzarəti altında olan Xankəndiyə gəlib. Arakelyan da Xankəndidə özünü keçmiş və qondarma “dqr”in rəhbəri sayan separatçı-terrorçu Araik Arutyunyanla görüşüb.
O, Ermənistanın Qarabağ ermənilərinə dəstəyin “prioritet məsələsi” olaraq qaldığını deyib.
 "Ermənistan hökuməti Qarabağ ermənilərini dəstəkləmək üçün yeni proqramlara başlamağı planlaşdırır", - M.Arakelyan qeyd edib.
Azərbaycan hökuyməti isə hələlik bu qanunsuz səfərlərə sərt reaksiya vermir.  
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri və burada qondarma qurumun nümayəndələri ilə görüşlər keçirməsi, “sənədlər” imzalaması üçtərəfli bəyanata ziddir.
“Hərbi əməliyyatların dayandırılmasından sonra bölgədə sülh, təhlükəsizlik vəəməkdaşlığın yaradılması çərçivəsinə tamamilə uyğun gəlmir ” deyə sözçü qeyd edib.
Leyla Abdullayeva xatırladıb ki, məhz Ermənistan baş naziri həmin bəyanata imza atıb və bu xüsusda hökumət üzərinə öhdəliklər götürüb:“Bu öhdəliklərin rəsmi Yerevan tərəfindən pozulması təxribatdır və daxili auditoriyaya hesablanmış bu kimi əməllər bölgədə vəziyyətin normallaşmasına xidmət etmir”.
Onun fikrincə, Ermənistan rəsmiləri əsassız xülyalardan çıxış etməməli, bölgədə yaranmış yeni reallığı qəbul etməlidir“10 noyabr tarixli birgə bəyanatın icrasının təmin olunması, bölgədə yaranmış yeni təhlükəsizlik formatı, eləcə dəəməkdaşlıq imkanlarından çıxış edərək addımların atılması sülh və təhlükəsizlik şəraitində birgəyaşayışa töhfə verə bilər. Bunun əksi isə, gərginliyi alovlandırmaq cəhdindən başqa bir şey deyildir”.
Politoloq Elxan Şahinoğlu "AzPolitika.info"-ya şərhində müharibədən sonra Dağlıq Qarabağa Ermənistanın yeni müdafiə naziri gəldiyini xatırladıb: "Dünən isə qonşu ölkənin xarici işlər naziri təşrif buyurdu, separatçı həmkarıyla Xankəndidə “əməkdaşlıq sazişi” imzaladı. Rusiyalı hərbçilər Laçın dəhlizini Ermənistanla erməni separatçılarının ixtiyarına veriblər. Bu gedişlə Ermənistanın baş naziri Nikol Paşinyan da yaxın günlərdə dəhliz üzərindən Xankəndinə gələcək. Onun üçün bu səfər son dərəcə vacibdir. O erkən parlament seçkisinə qərar verib və Xankəndinə gəlməklə cəmiyyətinə göstərməyə çalışacaq ki, “Dağlıq Qarabağ Respublikası” varlığını sürdürür və Ermənistanla əlaqələr möhkəmdir".
Azərbaycan bu situasiyada nə etməlidir?

E. Şahinoğlu qeyd edir ki, rəsmi Bakı Ermənistan müdafiə nazirinin Xankəndinə gəlişinə reaksiya verilməmişdi, erməni xarici işlər nazirinin gəlişinə isə XİN-in uzun müddətdir susan mətbuat katibi açıqlama verdi və bu səfərin 10 noyabrda qəbul olunan bəyanata zidd olduğunu vurğuladı.
"Görünür, Paşinyanın səfəri üçün də oxşar açıqlama yayınlanacaq. Bizə dişsiz və qarşı tərəfin qulaqardına vurduğu açıqlamalar yox, Paşinyanın Azərbaycan torpaqlarına qanunsuz səfərinə mane olacaq real addımlar, o cümlədən Azərbaycan-Ermənistan sərhəddinin tam şəkildə nəzarətə götürülməsi lazımdır. Hakimiyyət bu haqda ciddi düşünməlidir"-deyə politoloq vurğulayıb.

Təhlükəszilik məslələri üzrə ekspert İlham İsmayıl da bu qanunsuz səfərlərə Azərbaycanın sərt reaksiya verməıli olduğunu düşünür: "Rusiyanın ixtiyarına verilən Azərbaycan-Ermənistan sərhədini əvvəl düşmənin müdafiə naziri keçdi, indi də xarici işlər naziri, sabah da Paşinyan keçib Stepanakert meydanında mitinq etsə təəccüblü gəlməsin. Azərbaycan rəsmilərinin Yuxarı Qarabağda baş verənlərə 10 noyabrdan bəri səssiz və dişsiz qalması düşməni məğlub tərəf kompleksindən sürətlə çıxarır, 32 il bundan əvvəlki mövqeyinə qaytarır. 10 noyabrdan sonra Yuxarı Qarabağda baş verənlər və bu günkü görüş bir daha sübut etdi ki, Qarabağ münaqişəsi bitməyib və daha təhlükəli mərhələyə qədəm qoyub".
Oxşar xəbərlər