“Ruslar niyə gəldilər? Getsinlər!” deyənlərə...

  • 27 dek 2020, 00:42

“Nə qədər ki, mən prezidentəm Qarabağa heç bir status verilməyəcək” deyən kişi-Azərbaycan Prezidenti necə ola bilər ki, Qarabağda Rusiya bazasının yaranmasına imkan versin?

Rusiya sülhməramlıları ilə bağlı mövzu yenidən gündəmə oturub. “Niyə gəldilər? Getsinlər!” deyənləri saymağa ehtiyac yoxdur. Böyük əksəriyyət sülhməramlı rusların Azərbaycanda olmasını istəmirlər. Bu səbəbdən onların hər bir ehtiyatsız addımı, ermənilərə bir isti jesti dərhal ciddi reaksiya, etiraz doğurur. Bununla da uzaqgedən nəticələr çıxarılır- “Rusiya baza yaradır”, “ermənilərə rus pasport veriləcək” kimi dolaşıq iddialar ortaya atılır. Hətta belə bir rəy yaranır ki, sanki Qarabağda bu dəfə “Azərbaycan-Rusiya müharibəsini” arzu edən qüvvələr var və bu sülhməramlı mövzusu o səbəbdən bu qədər “qaşınır” və gündəmə daşınır...
Qarabağda Rusiya bazası iddiaları əlbəttə ki, ciddi söhbət deyil. Vətənin taleyindən narahat olanları başa düşmək olar, amma lütfən “baza olacaq” ərazinin xəritəsinə diqqətlə baxın, coğrafi quruluşuna, çıxış nöqtələrinə, lojistikasına (quru, hava yolları imkanlarına) baxın və...ürəkli olun. Ağlı olan Rusiya burada baza qurmaz, üstəlik, buna Azərbaycan da heç vaxt imkan verməz.

Biz Rusiyanın məsələn, baza qurmaq kimi ciddi qərarları haqda danışarkən, Putinin ölkəmizin ərazi bütövlüyü, Qarabağın Azərbaycan ərazisi olduğu haqda bəyanatlarını unutsaq da, onun Azərbaycan Prezidenti İlham Əliyevlə münasibətlərini yaddan çıxarmamalıyıq. Lap çoxdan dövlətlərin xarici siyasəti həm də prezidentlərin şəxsi münasibətləri ilə tənzimlənir.

Putin bu münasibətlərin adına, bizim türkcəyə çevirəndə “kişi sözü” deyir. “Nə qədər ki, mən prezidentəm, Qarabağa heç bir status verilməyəcək” deyən kişi-Prezident İlham Əliyev necə ola bilər ki, Qarabağda Rusiya bazasının yaradılmasına imkan versin? Müharibə kimi ağır, miqyaslı bir prosesi zərgər dəqiqliyi ilə aparmış İlham Əliyevin Rusiyanın belə bir niyyətini sizcə, hesablamamış ola bilərdimi?


Həm Qarabağda, həm Ermənistanla sərhəddə qeyri-müəyyənliklər, bizi qıcıqlandıran, narahat edən problemlər var, amma 30 illik münaqişədə həll edilməmiş məsələləri Rusiyanın və rus hərbi birliklərinin üzərinə getməklə, onları “mühasirəyə almalıyıq”, “qovmalıyıq” kimi təkliflər səsləndirməklə həll etmək çıxış yolu deyil, hətta çox təhlükəlidir.

Yadımdadır ki, birinci Qarabağ müharibəsində ölkə, hətta toplum olaraq məhz Rusiya və rus hərbçilərlə qarşıdurmaya getməklə ciddi yanlışlıqlara yol verdik. Məsələn, rusiyalı bir hərbi mütəxəssis vardı, Şuşadan Xankəndiyə “Qrad”ı necə düzgün atmağı öyrədirdi, dəqiq zərbələrlə ermənilərin başına od yağırdı, Xankəndidəkilər qaçmağa başlamışdı.

Bizim güclü ordumuz, qətiyyətli Ali Baş Komandanımız var, amma Rusiyanı Qarabağa bizimlə müharibə etməyə, münasibətləri gərginləşdirməyə görə dəvət etməmişik


Onu yola vermədilər, küsdürdülər. Getdi, bu dəfə ermənilər tərəfə keçdi, Şuşukənddən dəqiq zərbələrlə indi Şuşanın başına od yağdı. Adi, bəlkə də banal görünə bilər, amma inanın ki, nəticə çıxarmaq üçün düşünəcək faktdır...
birinci çərçivəyə veriləcək şəkil.jpg (25 KB)

Bizim güclü ordumuz, qətiyyətli Ali Baş Komandanımız var. Rusiyanı da Qarabağa bizimlə müharibə etməyə, münasibətləri korlamağa, gərginləşdirməyə görə dəvət etməmişik. Hər iki tərəfi bu cür provokasiyalara cəlb etmək cəhdləri isə təəssüf ki, var və davam edəcək.

Bu qarşıdurma yaratmaq “küləyi” indi daha çox Qərbdən gəlir. Xarici mediaya diqqət edin: Rusiyanın aqressiyası, Qarabağ problemini guya təkbaşına həll etdiyi, Qafqazda daha da möhkəmləndiyi, bunun qarşısının alınmasının vacibliyi haqda yazılar artmağa başlayıb. Bizə “nəyi necə etmək” ağılı verirlər...

Qərbin simasını 44 günlük müharibədə gördük, Azərbaycan yalnız qardaş Türkiyənin ciddi dəstəyi ilə işğaldakı torpaqlarını azad edə bildi. Rusiyanın müharibədəki təmkinli mövqeyi Ermənistanın və onun dostlarının bütün planlarını məhv etdi, ermənilərin arxası yerə gəldi. O günlərdə kimlər ermənilərə dəstək oldu, bunu da gördük. İndi Qərbin bəzi dairələrinin guya bizə canıyananlığı səmimi deyil.

“Onlar Rusiya və Azərbaycanı hansısa təxribat törətməklə üz-üzə qoymaq istəyirlər. Onlar kifayət qədər nüfuzlu insanlardır və yaxşı mövqelərdədirlər.


Onlar Moskva və Bakını üzbəüz toqquşdurmaqda və bu bulanıq suda öz balıqlarını tutmağa çalışmaqda maraqlıdırlar” deyən, rusiyalı ekspert İqor Korotçenko haqlıdır. “Onlar”ın sırasında isə heç özünü və üzünü gizlətməyən prezident Makron da var, ABŞ-ın strateji mərkəzləri də, Qərb kəşfiyyatı da...44 günlük müharibə göstərdi ki, güclü Azərbaycan təkcə ətrafımızdakı bəzi dövlətlərin deyil, elə Qərbin də marağında deyilmiş.

Hazırda erməni əhali Rusiya sülhməramlılarının dəstəyi ilə Qarabağa, əsasən də Xankəndiyə qaytarılırlar. Qarabağ ermənilərini İrəvandan faktiki qovurlar. Maddi dəstək verən, qaçqın kimi qapı açan dövlət yoxdur. O səbəbdən ermənilər başlarının üstündə silahlı rusla Laçın koridorundan, Azərbaycan və Türkiyə bayraqları asılmış “Şuşa” lövhəsinin, Azərbaycan əsgərinin yanından keçib Xankəndiyə getməyə məcburdurlar. Qarabağa qayıtmış ermənilərin dünənə olan statistikası 44 min 600 nəfərdir. Bakının bir qəsəbəsinin əhalisi qədər.

Hamısı gedib Xankəndiyə toplaşırlar həm də... Gəlin görək, bəs ermənilər “dirçəlib” yenidən bizimlə silahlı ərazi münaqişəsi, status davası edə bilərləmi? Dirçələ bilməzlər. Silahlı dava, status heç tələb edə bilməzlər, yaxın illərdə də belə bir perspektiv də yoxdur. Onlar sıxılmış bir ərazidə məskunlaşmağa çalışırlar, gələcək talelərinin necə olacağını həm də bilmədən...
Bu müharibənin əvvəlindən axıradək ermənilərin sonuncu dığasınadək rədd olub getməsini istəmişəm, bunu yazmışam. Amma reallıq bizim arzularımız demək deyil. Reallıq budur ki, dinc Qarabağ erməniləri Xankəndində qalmalı, rusiyalı sülhməramlılar buraya gəlməli idi. Başqa bir yol olsaydı, Azərbaycan rəhbəri o yolu seçməzdimi?

İndi desək ki, gələn ilin yazında Xankəndində nə Araik, nə onun siahlı gədə-güdələri qalacaq, erməni pensiyaçı isə bankomatdan manatları alıb evinə aparacaq, inanarsızmı?


Bu ilin yanvarında kim desəydi ki, ilin sonunda Azərbaycan işğal olunmuş bütün ərazilərini geri qaytaracaq, Şuşa məscidindən azan, Cıdır düzündən muğam səsi gələcək, ona “yazıq, havalanıb” deyərdik. İndi biz də hərdən bu qələbədən yaxşı mənada havalanırıq, hər şeyin reallıqla deyil, bizim istəyimizlə və həm də tez olmasını arzu edirik.

Türkiyə qoşunu tez gəlsin deyirdik, amma zamanı indi gəldi. Gəldilər, yanvarda da fəaliyyətə başlayacaqlar. İndi desək ki, gələn ilin yazında Xankəndində nə Araik, nə onun silahlı gədə-güdələri qalacaq, erməni pensiyaçı isə bankomatdan Azərbaycan manatı alıb evinə aparacaq, inanarsızmı? “Niyə inanmayaq” deyən nə qədər adam var?

Nazim SABİROĞLU
Oxşar xəbərlər