Demokratik TV
Azərbaycan ciddi təhlükə qarşısındadır
Fuad Mustafayev
Azərbaycan əsgərinin savaş meydanında əldə etdiyi qələbə sonunclarının siyasi və diplomatik sahədə göz görə-görə əriməsi çox üzücüdür.
Rus ordusunun ölkəyə buraxılması, (oxu: ölkənin bir hissəsinin işgal olunması), heç şübhəsiz faciəvi bir səhvdir. Ola bilsin ki, bu addım könüllü deyil, rusların təzyiq və təhdidi nəticəsində baş tutub, amma bu hadisə gözlənilməz deyildi. Ən azı oktyabr ayının 10-dan rus tərəfi bu haqda danışırdı, məqsədin məhz rus ordusunun “sülhməramlı” adı altında bölgəyə yeridilməsi olduğunu açıq şəkildə deyirdilər. Nəzərə alsaq ki, elə o zamanlar ABŞ rəsmiləri də bu haqda açıqlama vermiş və bölgəyə skandinav ölkələrindən “sülhməramlıların “ yerləşdirilməsinin məqsədəuygun olduğunun altını cızmışdılar (yəni rusların ora gəlməsini istəmirik, demışdilər), demək bizim siyasi manevr imkanlarımız vardı:
1. Sülhməramlıların bölgəyə aid olmayan, burada hər hansı siyasi maraqları olmayan ölkələrdən olması.
2.Sülhməramlı adlanan qüvvələrin beynəlxalq mandata malık olması ( BMT, ATƏT,) onların hüquq və vəzifələrinin dəqiq müəyyənləşdirilməsi.
3. Bütün ölkə ərazisindən Ermənistan qoşunlarının çıxarılması
4. Dağlıq Qarabağ ərazisində yaradılmış qeyri-qanuni idarəetmə strukturlarının rəsmən ləğv edilməsi.
Deyək ki, bu mümkün olmur, Amerikanın başı qarışıb özünə, onsuz da Qərb, siyasi impotent vəziyyətindədir. Pandemiya, hərə öz dərdində, o zaman, rusları tək bölgəyə buraxmamaq üçün bizim qardaş Türkiyəyə üz tutmağımız lazım idi.
Türk-Rus birgə missiyası yaratmaq və cəbhə boyu erməni tərəfində rus, Azərbaycan tərəfində isə turk əsgərinin durması şərti ilə dördtərəfli bəyanat, ermənilər bu formata razı deyildilərsə, onda Azərbaycan-Ermənistan bəyanatı və Türkiyə-Rusiya ikitərəfli razılaşması forması ola bilərdi, yəqin ki, başqa formalar da tapılardı. Yəni rusların təkbaşına bölgəyə girməsinin qarşısını almaq olardı, ən azı buna cəhdlər etmək lazım idi.
İndi isə bu günün reallığı: Dağlıq Qarabağın ruslar tərəfindən işğal olunması, erməni idarəetməsinin tam saxlanılması, Azərbaycanın o bölgədə heç bir hüquqa malik olmamasından ibarətdir. Rus ordusunun fəaliyyəti tam nəzarətsiz və sərhədsizdir. Moskva tərəfindən idarə olunur, heç bir beynəlxalq normalara uymur və beynəlxalq nəzarətdən kənardır.
Azərbaycan isə çox ciddi təhlükələrlə üzləşə bilər və bunun fərqində olmaq lazımdır...
P.S Yazı müəllifin fb statusundan götürülüb
Demokratik.Az