Əsrə bərabər 44 gün - Vətən müharibəsindən 2 ay ötdü

  • 28 noy 2020, 09:26

Erməni miflərinin puç edildiyi qızıl dönəm; Emin Həsənli: “Gələcək nəsillərin bugünkü günlərlə bağlı xüsusi fəxarət hissi ilə danışacağına əminəm...”

Ötən gün Vətən müharibəsinin 2 ayı tamamlandı. 27 sentyabr, 2020-ci il səhər 6-dan başlayaraq Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək növbəti dəfə cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı  kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar oldu, mülki infrastruktur obyektlərinə ciddi ziyan dəydi.
Azərbaycan Ordusu düşmənin genişmiqyaslı təxribatının qarşısını aldı, genişmiqyaslı hücumla 30 ilə yaxın möhkəmləndirdiyi mövqelərini, nəticə etibarı ilə ordusunu darmadağın etdi. Azərbaycanın işğal altında olan rayonları, Şuşa düşməndən təmizləndi. 44 günlük müharibə Azərbaycan tarixinə qızıl hərflərlə həkk olundu, zəfərimiz bütün dünyaya səs saldı. 
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyir ki, 2 ay əvvəl başlanan müharibə Azərbaycan Ordusunun qüdrətini ortaya qoydu, Ermənistan ordusu haqda deyilənlərin mifdən başqa bir şey olmadığını təsdiqlədi: “2 ay bizə xalqımızın nə qədər qəhrəman olduğunu, vətənpərvər və cəsur övladlarımızı dünyaya göstərdi. Bu müddət Azərbaycanda vahid komandanlığa əsaslanan güclü ordunun varlığını, həmrəy Azərbaycan xalqının birliyini nümayiş etdirdi. Bütün siyasi maraqları kənara qoyub xalq olaraq üçrəngli bayraq altında birləşməyimizi hər kəs gördü. 2 ay ərzində uşaqdan böyüyə, dünyanın müxtəlif guşələrində yaşayan azərbyacanlıların həmrəy oldu. Qardaş Türkiyənin Azərbaycanı, Azərbaycanın Türkiyəni nə qədər sevdiyinin şahidi olduq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün qardaş ölkə vətəndaşları, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, parlamentdəki partiyalar Azərbaycanı müdafiə etdi. Pakistan Azərbaycanı cani-dildən müdafiə etdi. Gürcüstanın, Ukraynanın, İsrailin Azərbaycanın haqq işini müdafiə etməsinin şahidi olduq. Azərbaycanın apardığı düzgün xarici siyasət nəticəsində Rusiya, İran, ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etdi. 2 ay ərazində həmsədr ölkə olan Fransanın əslində beynəlxalq hüquqa tüpürdüyünün şahidi olduq. Fransa sərgilədiyi mövqeyi ilə Azərbaycan torpaqlarının işğalda olduğunu ortaya qoydu, özlərini ifşa etdilər”.
Emin Həsənli: “Şəhid ailələrinin və əlillərin mənzil problemi birdəfəlik  həll olunacaq”
Emin Həsənli
Emin Həsənli deyir ki, ötən 2 ay Ermənistanın nə qədər rəzil və zəif olduğunu üzə çıxardı: “Ermənistanın rəzil və zəif olması ilə yanaşı yalançı, saxtakar olması, dilənçi, vədinə əməl etməyən barbar xisləti bir daha təsdiqləndi. İşğaldan azad edilən Azərbaycan torpaqlarında bir dənə olsun belə yaşayış binası qalmayıb. Məscidlər, tarixi abidələr barbarcasına dağıdılıb. Biz ermənilərin bu xislətinə bələd idik, indi isə bütün dünya bunu gördü. Ermənistanı daha yaxşı tanıdılar. Gördülər ki, Ermənistan təqdim edildiyi kimi sivil dövlət deyil, əksinə vəhşi, qəbilə halında olan, barbarlıq həyat devizinə çevrilmiş bir toplumdan ibarətdir. Kəlbəcəri boşaldandan evləri dağıdır, meşələri qırır, heyvanları öldürür, unitazı belə qənimət bilirlər”.
44 günlük müharibədə tarix yazan Azərbaycan - TƏHLİL
İctimai Birlik sədri deyir ki, Azərbaycan 10 noyabrdan sonra daima qüdrətli olmalı, insanlarımız bir-birinin qədrini bilməlidirlər: “Özümüzə güvənməliyik. Bizim əvəzimizə kimsə gəlib torpaqlarımızı işğaldan azad edən deyil. Ötən 2 ay göstərdi ki, dünyada beynəlxalq hüquq işləmir. Gücün, iradən olmasa, haqqı, hüququ bərpa etmək mümkün deyil. Güclüydük deyə, beynəlxalq hüquq da yanımızda oldu. Şükürlər olsun ki, Azərbaycan xalqı vətənpərvərdir, torpağa bağlıdır. Himnimizin sözlərinin reallıqla uzlaşdığını gördük.
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Hüququndan keçən əsgər nə deməkdir? Ən böyük hüquq yaşamaq hüququdur, Azərbaycan övladı yaşamaq hüququndan keçdi ki, təki vətən sağ olsun. Azərbaycan xalqının nə dərəcədə nizam-intizamlı olduğu, qaydalara necə dəqiqliklə riayət etdiyini göstərdi. Dünyaya sübut olundu ki, ən qəhrəman analar bizdədir. Analar övladlarını gülə-gülə, atalar xeyir-dua verməklə savaşa yola saldılar. Bütün bunlar 2 ayda oldu”.
Şuşanın girişində latın hərfləri ilə “ŞUŞA” adı belə montaj olunub - VİDEO
Emin Həsənli deyir ki, sentyabrın 27-dən başalayaraq hər kəs Azərbaycan xalqının savaş əzmini bir daha gördü: “Bizlər üçün öncə Vətəndir. Biz sülhsevər xalqıq, sonunda da bu məsələnin sülhlə yekunlaşmasını istəyirik. Amma düşmənin məkrli olduğu, ərazilərimizi öz xoşu ilə boşaltmadığı göz önündə idi. Ona görə də xalqımız hər atəşkəsə məyus olurdu. Hər kəs savaşın davam etdirilməsini, torpaqların azad edilməsini istəyirdi. Bu gün bizlər bu cür xalqın nümayəndələri olmağımızla, ordumuzla, dövlətimizlə, Ali Baş Komandanımızla fəxr edirik. Gələcək nəsillərin bugünkü günlərlə bağlı xüsusi fəxarət hissi ilə danışacağına əminəm”.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
Oxşar xəbərlər