Rusiyanın idarələrarası nümayəndə heyəti Bakıya gəlir

  • 21 noy 2020, 15:17
Rusiyanın idarələrarası nümayəndə heyəti yaxın günlərdə Azərbaycana və Ermənistana səfər edəcək.

Virtualaz.org TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

"Yaxın günlərdə Rusiyanın idarələrarası nümayəndə heyəti Yerevana və Bakıya səfər edəcək", - deyə diplomatik idarədən bildiriblər.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın Dağlıq Qarabağla bağlı Bakı və Yerevanla bütün səviyyələrdə əlaqələri davam etdirdiyini bildirmişdi.
Oxşar xəbərlər