Ağdamın azad edilməsi Azərbaycanın nəhəng siyasi qələbəsidir - Markov

  • 21 noy 2020, 13:08
Ağdam rayonunun işğaldan azad edilməsi Azərbaycanın nəhəng siyasi qələbəsidir.
Bunu rusiyalı politoloq Sergey Markov deyib.
O bildirib ki, Azərbayan ordusu Ağdama daxil olub və tezliklə azərbaycanlı qaçqınlar oraya qayıdacaq:
"Bu, Azərbaycanın nəhəng siyasi qələbəsidir . Ölkənin ən vacib, ən məşhur şəhəri qan tökülmədən, hər hansı bir itki verilmədən alınıb"
Politoloq əlavə edib ki, bu siyasi qələbə Azərbaycanın hərbi qələbələrinin nəticəsidir:
"Rusiya KTMT-nin üzvü olsa da, Ermənistanın tərəfini tutmadı və neytral mövqedə qaldı". (trend)
Oxşar xəbərlər