“Üçtərəfli razılaşma baş tutmuş faktdır” - Ter-Petrosyan

  • 14 noy 2020, 09:50
Qarabağ üzrə üçtərəfli razılaşma və Qarabağ münaqişəsinin tam tənzimlənməsi prosesi yaxın gələcəyin işidir və Ermənistan bütün ciddiyyəti ilə buna hazır olmalıdır. 
Belə bəyanatla Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan çıxış edib. Bu barədə noyabrın 13-də Ermənistan KİV-i xəbər veriblər.
«Rusiya, Ermənistan və Azərbaycan arasında Qarabağ üzrə üçtərəfli razılaşmaya gəlincə, ona həyata keçmiş fakt kimi yanaşmaq lazımdır və nəzərə almaq lazımdır ki, onun sayəsində müharibə başa çatıb və yeni qurbanlar olmayacaq. Məlumdur ki, bu razılaşma ölkədaxili cəbhələşməyə səbəb olub. Razılaşmanın reallaşdırılması prosesi və Qarabağ probleminin axıra qədər həlli yaxın gələcəyin işidir. Ermənistan buna ən ciddi şəkildə hazır olmalıdır» - bəyanatda deyilir.
Ter-Petrosyan hakimiyyəti və müxalifəti hazırkı böhranı istisnasız olaraq, konstitusion yolla həll etməyə çağırıb və qeyd edib ki, ən yaxşı çıxış yolu tərəflərin razılığa gəlməsi olardı. O, həm də qeyd edib ki, başçılıq etdiyi «Erməni milli konqresi» partiyası hakimiyyət uğrunda mübarizənin nə tərəfi, nə də iştirakçısı deyil.
Oxşar xəbərlər