Sergey Lavrov yenə nala-mıxa vurur, "Qarabağ Azərbaycanındır!" demir

  • 13 noy 2020, 23:51
“Ermənistan müxalifəti Dağlıq Qarabağla bağlı əldə olunan razılaşmanı spekulyasiya etməyə çalışır”.
Demokratik.Az xəbər verir ki, bu fikirləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov yerli və xarici media nümayəndələri qarşısında çıxış edərkən növbəti brifinqdə dilə gətirib.
“Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun ömür boyu həmin vəziyyətdə qalacağı ilə bağlı illüziya olmamalı idi. Məsuliyyətli hakimiyyət əhaliyə izah etməyə borclu idi ki, bu nizamlanmanı hansısa mərhələdə uzun illər masa üstündə olan prinsiplərə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təkliflərinə müvafiq həyata keçirmək lazım gələcək.
Bu zaman münaqişənin qan tökülmədən nizamlanmasına ideal yol açılardı”, - deyə rusiyalı diplomat qeyd edib.
S.Lavrov əlavə edib ki, bütün kommunikasiyaların blokadadan çıxarılması bölgənin canlanmasına səbəb olacaq.
Maraqlıdır ki, Sergey Lavrov elə hey nala-mıxa vurur, həmişə olduğu kimi, yenə "Qarabağ da Azərbaycandır!" deməyə dili gəlmir.
Demokratik.Az
Oxşar xəbərlər