Demokratik TV
Rəsul Quliyev: "İnanmazdım ki Azərbaycan ordusu Şuşaya qədər gedib çıxa bilər..."
ABŞ-da mühacirətdə yaşayan eks-spiker Rəsul Quliyev Şuşanın işğladan azad edilməsi ilə bağlı mövqeyini bildirib. Demokratik.Az R.Quliyevin mövqeyini təqdim edir:
"Bu gün Azərbaycan tarixində ən yadda qalan günlərdən biridir. Azərbaycan ordusu ölkəmizin qədim Şuşa şəhərini işğalçılardan azad edib.
27 Sentyabrda müharibə başlayanda heç kim inanmazdı ki, Azərbaycan ordusu gedib Şuşaya qədər çıxacaq. Birinci inanmayanlardan biri mən idim. Ona görə yox ki, ermənilərin güclü olduqlarından narahat idim. Əksinə, ermənilərin heç vaxt güclü orduları, vuruşan əskgərləri olmayıb. Onlar həmişə uduzublar! İnanmamağımın səbəbi Ermənistanı Minsk qrupunun (ABŞ, RF, Fransa) dəstəkləməyindən qorxurdum. Bu böyük 3 dövlətin müəyyən vaxtdan sonra Prezidenti atəşi kəsməyə məcbur edəcəklərindən qorxurdum.
10 oktyabrda belə bir addım Rusiya Federasiyası tərəfindən atıldı. Sonradan Fransa və ABŞ-da müharibəni saxlamaq üçün prezident Əliyevə təzyiq etməyə çalışdı. Ancaq Prezident Əliyevin qətiyyətini sındıra bilmədilər! 20 gün ərzində Prezident dərin analizləri ilə dünyanın məşhur TV-lərinə verdiyi müsahibələrdə problemin mahiyyətini dünya ictimaiyyətinə çatdıra bildi. O müsahibələrdən sonra beynəlxalq aləmdə Azərbaycana münasibət müsbətə dəyişməyə başladı.
İkinci ən mühüm faktor Türkiyə Cümhuriyyətinin qətiyyətlə Azərbaycanın tərəfində dayanması idi. Prezident Ərdoğan, "lazım gələrsə ordu ilə Azərbaycanın yanındayıq!" bəyanatını demək olar ki, hər gün elan etdi. Türkiyənin keçmiş dövlət və hökumət başçıları, məsələn, Süleyman Dəmirəl, Tansu Çillər və başqaları, heç vaxt Azərbaycanı belə qətiyyətli dəstəkləməzdi.
Bu tarixi günün baş tutduğuna görə Azərbaycan hərbçilərinə, Ali Baş Komandana dərin minnətdarlığımı bildirirəm...
Azərbaycan bölünməzdir, Azərbaycan sarsılmazdır!".