Demokratik TV
Xəbər lenti
Rusiya sülhməramlıları Qarabağa gələcəkmi?
- 30 okt 2020, 21:06

Oktyabrın 1-də ATƏT-in Minski qrupunun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıb.
Tərəflər bu ara düz üç dəfə humanitar atəşkəslə bağlı razılığa gəldiklərini açıqlayıblar. Sonuncu belə açıqlamanı ABŞ Dövlət Departamenti oktyabrın 25-də yayıb. Məlumatda qeyd olunur ki, humanitar atəşkəs oktyabrın 26-da yerli vaxtla səhər saat 8-dən qüvvədə olmalıdır.
Amma əvvəlki humanitar atəşkəslərdən sonra cəbhənin bir çox istiqamətlərdə döyüşlərin davam etdiyi bildirilib.
Rusiyanın sülhməramlı qüvvələri Dağlıq Qarabağ münaqişə bölgəsində müstəsna olaraq münaqişə tərəflərinin razılığı ilə yerləşdirilə bilər.
RBK agentliyinin yazdığına görə bunu Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov oktyabrın 30-da bildirib.
Peskov deyib ki, belə bir təklifə Azərbaycan tərəfindən hələki razılıq yoxdur.
“Əgər hər iki tərəf razı olarsa Kreml bölgəyə sülhməramlılar yerləşdirməyə hazırdırdmı?” sualına cavab verərkən Peskov deyib ki, “əgərlərlə” bağlı mülahizələrə qapılmağa dəyməz.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan demişdi ki, Rusiya sülhməramlılarının bölgəyə yeridilməsi Dağlıq Qarabağdakı münaqişənin “optimal həlli” ola bilərdi.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Türkiyə XİN atəşkəslə bağlı BƏYANAT yaydı
Vasitəçilər cəbhə xəttini yoxlayacaq
XİN: Üçüncü dəfədir ki, Ermənistan atəşkəs rejimini açıq şəkildə pozur
Ordumuz digər ərazi və yüksəklikləri azad edib
İşğaldan azad edilmiş ərazilərin SİYAHISI - RƏSMİ
SKANDAL! Həmsədrlər Dağlıq Qarabağa səfər ediblər
Ombudsman bəyanat yaydı
ATƏŞ XƏTTİ: Düşmən Tərtərdən əl çəkmir
Azərbaycan sərhədçisi şəhid oldu
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti