Demokratik TV
Xəbər lenti
Separatçıların cani lideri İsraili də ittiham etdi
- 11 okt 2020, 13:56
Qarabağ ermənilərinin qondarma lideri Araik Arutyunyan Türkiyəni Azərbaycana dəstək verməkdə qınadıqdan sonra bu dəfə də İsrail dövlətinə dil uzadıb.
Arutyunyan bu gün keçirdiyi brifinqdə bildirib ki, hələ 2016-cı ildə baş verən Aprel müharibəsində İsrail hökuməti Azərbaycana verdiyi silahların müdafiə məqsədilə yox, həm də hücum məqsədilə istifadə edildiyini bilirdi, üstəlik, öz mütəxəssislərini Azərbaycana göndərird: "Ona görə də İsrail hakimiyyətinin bundan xəbərdar olmadığını demək bəşəriyyəti növbəti dəfə ələ salmaqdır. Onlar, əlbəttə, bilirdilər və silah göndərməkdə davam edirlər".
Separatçıların cani lideri iddia edib ki, özü də soyqırıma məruz qalmış israillilər hazırda ermənilərə qarşı aparılan soyqırımda iştirak edirlər.
Arutyunyan dünyada pulun hökmranlıq etdiyini və İsrailin hərəkətlərinin bunun növbəti sübutu olduğunu da deyib.
Redaksiyadan: Qəribə məntiqdir, ermənilər özləri Rusiyadan, Fransadan, Serbiyadan və başqa dövlətlərdən ucuz-ucuz, bəzən də müftə silahlar alır, amma Azərbaycanın öz arsenalını təchiz etməsinə görə şivən qoparır.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Ermənistan Gəncəni yenə hədəfə aldı
Paşinyan Qarabağın "baş separatçısı"nı da döyüşə göndərdi?
“İsrail Knesseti heç vaxt uydurma soyqırımı tanımaz”
CNN İsraili xəritədən sildi
Ermənistan XİN rəhbəri Qarabağa gəldi
İran-İsrail qarşıdurması müharibəyə çevriləcəkmi?
İsrail İrana qarşı F-35 qırıcısını tətbiq etdiyini açıqladı
"İran Azərbaycana hücum edərsə"
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti