Prezident: "Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır"

  • 21 sen 2020, 21:40
"Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır".

Bunu Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda çıxışında deyib.

Dövlət başçısı Ümumdünya Səhiyyə Təşkilatının pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırdığını diqqətə çatdırıb.

“Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə töhfələri etmişik. COVID pandemiyası ərzində Azərbaycan 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib”, - deyə Prezident qeyd edib.
Oxşar xəbərlər