Azərbaycanla əməkdaşlıq edən İsrail şirkəti Gürcüstanda saziş imzalayıb

  • 11 sen 2020, 15:39
İsrailin “Rafael” şirkəti Gürcüstanın hava hücumundan müdafiə sistemini gücləndirəcək.

Demokratik.Az “Report”-a istinadən məlumatına görə, bununla bağlı Gürcüstanın Müdafiə Nazirliyivə şirkət arasında saziş imzalanıb.
Razılaşmaya əsasən, Gürcüstanın hava hücumundan müdafiə sistemi tam bərpa olunacaq və modernləşdiriləcək.
Qeyd edək ki, “Rafael Advanced Defense Systems” şirkəti İsrailin Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərir. Şikrət İsrail ordusu üçün silah, hərbi və müdafiə texnikası istehsal edir, həmçinin ixrac da həyata keçirir. “Rafael” Azərbaycanla da yaxından əməkdaşlıq edir.
Oxşar xəbərlər