"Ramiz Mehdiyev iylənə-iylənə gəzir... O həbs olunmalıdır, yoxsa..!"

  • 07 sen 2020, 15:29

“İndi Mehdiyevi söyənlərin çoxu onun sayəsində irəli çəkilmiş adamlardır və çoxu da imitasiya ilə məşğuldurlar ki, hədəfi yayındırsınlar”.


Demokratik.Az xəbər verir ki, bu fikirləri açıqlamasında Prezident Administrasiyasının sabiq rəhbəri, Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevi hədəfə alanların çoxunun vaxtilə onun sayəsində karyera qurduqlarını qeyd edən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.
 
MMP sədrinin sözlərinə görə, Ramiz Mehdiyevin hələ də azadlıqda olması ölkə üçün ciddi təhdidlər yaradır:
 

 
“Bunu bilməyən yoxdur ki, Ramiz Mehdiyev Azərbaycanın bir nömrəli düşmənidir. Onun arvadı, bütün nəsli ermənidir. Ramiz Mehdiyev Azərbaycan xalqına, dövlətinə və dövlət başçısına xəyanət edən bir insandır.
Mehdiyevin indiyə kimi həbsə salınmaması qətiyyən doğru deyil. O, azadlıqda nə qədər çox qalsa, o qədər də çox üfunət yayacaq. Artıq bu gün iylənə-iylənə gəzir.
Ramiz Mehdiyevin yaxın günlərdə həbsi gözlənilir. Bu gün onun əldə etdiyi sərvətin siyahısı dərc olunub. Ondan soruşmaq lazımdır ki, bu qədər sərvəti necə toplayıbsan?
Azərbaycanda ad-soyadını dəyişmiş nə qədər erməni varsa, Ramiz Mehdiyev onların hamısının müxtəlif vəzifələrə yerləşdirib. Onlar da ona dəstək verir. Mehdiyevin əlində milyardlar var, müəyyən təsir imkanlarını saxladığına görə belə dirəniş göstərir.
İndi Mehdiyevi söyənlərin çoxu onun sayəsində irəli çəkilmiş adamlardır və çoxu da imitasiya ilə məşğuldurlar ki, hədəfi yayındırsınlar. Ancaq hesab edirəm ki, kimin kim olduğu üzə çıxacaq, onların hamısı cəzalarını alacaqlar”.
 
Yeri gəlmişkən, son günlərdə Ramiz Mehdiyevin ünvanına tənqidlər yağdıran şəxslər sırasında bəziləri xüsusilə seçilir. Onlardan biri də vaxtilə Ramiz Mehdiyevə bahalı hədiyyələr verərək, onun himayəsinə sığınan, eyni zamanda, adı sabiq MTN naziri Eldar Mahmudovun adamı kimi çəkilən iş adamı Aydəm İsmayılovdur.
 
Məlumata görə, Aydəm İsmayılov akademikin rəğbət və dəstəyini qazanmaq üçün paytaxın prestijli ərazisində ona 8 otaqlı mənzil hədiyyə edib. Həmin mənzilin Yasamal rayonunda yerləşən “Tri Korona” adlanan binlardan birində yerləşdiyi qeyd edilir. Həmin mənzilin görüntüləri və orada yaradılmış cah-cəlal mediada yayımlanıb. O baxımdan, İsmayılovun indi axına qoşularaq, Mehdiyevi hədəfə götürməsi diqqətdən kənaqrda qala bilməz.
 
Lakin iş adamı Aydəm İsmayılov açıqlamasında Ramiz Mehdiyevlə münasibətlərinin olduğunu, onun himayəsində fəaliyyət göstərdiyini və akademikə bahalı hədiyyələr verdiyi haqda məlumatların doğru olmadığını bildirib:
 
“Bu barədə yazılanlar və deyilənlər cəfəngiyyatdır. Mən yaxın günlərdə bu iddialarla bağlı xüsusi açıqlama verəcəm”. /yenicag.az/
Oxşar xəbərlər