“Adam dəhşətə gəlir…” – Mühacir müxalifətinin arxasında kimlər dayanıb?

  • 31 avq 2020, 23:46
"Son hadisələrlə tanış olanda adam dəhşətə gəlir”

Demokratik.Az xəbər verir ki, sfera.az-a açıqlamasında bu sözləri Qurban Məmmədov Avropaya köçdükdən sonra onun Azərbaycanın müxalif mühacirətinin siması olması qarşılığında Prezidentin keçmiş köməkçisi Əli Həsənovdan Nərimanov rayonunda M.Nağıyev küçəsi 19/27 ünvanında "Atlant-inşaat” tərəfindən yeni tikilmiş 16 mərtəbəli binada 11 ədəd yeni mənzil və 1 beşmərtəbəli qeyri-yaşayış sahəsini tələb etməsi və ümumi sahəsi 1500 kvadratmetr olan mənzillərə sahib olması məsələsinə aydınlıq gətirərkən Milli Məclisin deputatı Vahid Əhmədov deyib:


 "Hazırda bilirsiniz ki, Respublika Prokurorluğunda bu işlərlə bağlı cinayət işi açılıb. Cinayət işində dediyiniz bu kimi məsələlərə də baxılır. Adam təəccüb edir. Bu insanlar heç nədən qorxmayaraq dövlət vəsaitindən öz şəxsi məqsədləri üçün istifadə ediblər.
 
 Belə hadisələri çox pis qəbul edirəm. Deməli, kimlərsə vəzifəsindən sui-istifadə edərək prosesdən beləcə qanunsuz olaraq yararlanmağa çalışıb.
 
Ümumiyyətlə, tədricən hər şey aydınlaşır. Vaxtında deyirdik ki, xaricdə oturan həmin jurnalistlər Azərbaycandan maliyyələşir, buna inanmırdılar. Amma sonradan bəlli oldu ki, doğrudan da belədir. Əvvəlki çıxışlarımda dəfələrlə bunu qeyd etmişdim. Nəhayət dövlət başçısı qərar qəbul etdi, bir çoxları vəzifədən kənarlaşdırıldı və bundan sonra da ciddi nüanslar üzə çıxmağa başladı. Bu son hadisələrlə tanış olanda adam dəhşətə gəlir”.
 
 
Deputatın fikrincə, hadisələrin gedişi onu söyləməyə əsas verir ki, bəzi dövlət məmurları yalnız özünün və ətrafdakı bir neçə nəfərinmaraqları naminə işləyib:
 
"Millətin, xalqın maraqları naminə heç nə etməyiblər. Fikir verdinizsə, jurnalistlər üçün tikilən evlər məsələsində ortaya hansı oyunlar çıxdı. Prokurorluqda bununla bağlı cinayət işi açılıb. Yəqin ki, Respublika prokuroru bu məsələyə ciddi hüquqi qiymət verəcək. Əli Həsənovun və onun kimilərinin kimlərəsə qanunsuz olaraq çoxsaylı mənzillər verməsi inandırıcıdır, çünki vaxtilə kifayət qədər imkanları olub. Hansı ki, göründüyü kimi, bu imkanlardan da sui-istifadə ediblər”.
 
 
"Artıq o mənlik deyil”
                                 
Bunu isə açıqlamasında hüquqşünas Aslan İsmayılov deyib. O bildirib ki, yenidən həmin məsələlər barədə danışmaq istəmir:

"Bu barədə vaxtilə kifayət qədər fikir bildirmişəm. Ona görə də yenidən həmin məsələlərə qayıtmağa ehtiyac duymuram. Artıq o məsələ mənlik deyil”.
Oxşar xəbərlər