Ermənilərə kimlər, niyə arxa dururlar? - Elman Vəliyevin təhlili

  • 14 avq 2020, 17:04
Livanın paytaxtı Beyrutdakı partlayış nəticəsində Rəsmi İrəvan burada yaşayan erməniləri Qarabağa köçürür.Bu qanuna ziddir.Həmin Ermənilərin köçürüldüyü yer Tarixi Azərbaycan torpaqlarıdır. Bu erməniləri Qarabağa köçürməklə işğal altında olan torpaqlarda özlərinə etnik dayaq yaradırlar. Pyotrun planları əsasında Qədim Azərbaycan torpalarına ermənilərin köçürülməsi prosesi illər sonra mərhələli şəkildə yerinə yetirlir.1828-ildəki "Türkmənçay", 1829- cu ildəki "Ədirnə" müqaviləsində Türkiyədən, İrandan minlərlə erməni Azərbaycan torpaqlarına köçürülür.Sonra davamı olaraq Qriboyedovlar, Paskeviçlər kimiləri köçürməni davam etdirirlər. Azərbaycana qarşı antihümanist, illegal proseslər həyata keçirirlər.20-əsrdə Azərbaycan torpaqlarını yavaş-yavaş işğal etdikcə öz torpaqlarımızdan bizləri çıxartmağa başladılar.
Bəs bizə qarşı bunlar baş verərkən bizlərin elita qrupları necə oldu?
Çox uzaq dövrə getməyək, Xanlıqlar dövründən gələk.Bu dövrdə də erməni speratçıları özünü büruzə verir.Qarabağ xanlığını parçalamaq istəyən "Məliklər" ki, onlardan Xaçın xristin məlilkiyi də mühüm yer tutur.Xanlıqlar arasındakı ixtilaflar , vahid formada birləşməyi asılılıq kimi anlamaları, bir-birlərinə qarşı mübarizədə xarici qüvvələrdən istifadə etmələri bu ərazilərin istilahını daha da artırırdı. 19-cu əsrə baxaq: xalq azadlıq hərəkatları(Lənkəran, Quba, Şəki, ,Zaqatala üsyanları) mühüm yerə malikdir.Ancaq bu dövrdədə vahidliyin olmaması, güclü birliyin olmaması,hakimiyyət çəkişmələri, daxili satqınlığın nəticəsində məğlubiyyət qaçılmaz olub.20-ci əsrə gəldikdə isə 1918-ci ildı yeni dövlətçiliyin bərpa olmasına baxmayaraq yenə əvvəlki(bəziləri xaric) səhvlər edildi.1980/90-cı illərdə də həmçinin hakimiyyət davası, birliyin olmaması, xarici düşmənə qarşı vahidliyin olmamsı, güclü dövlət politikasının aparılmaması, güclü ordunun yaradılmaması və daxili satqınlar yadellilərə qarşı mübarizəni uduzdururdu.
Bəs Niyə Rusiya bu etnik qrupa dəstək olur?
Azərbaycanın strateji mövqedə olduğunu, yeraltı-yerüstü zəngin sərvətə malik olduğu bir çox dövlətlərə məlumdur.Məhs Rusiya da bu qənimətlərə sahib çıxmaq üçün erməni qrupundan istifadə elədi.
Niyə Ermənilər?
Rusiya ermənilərə vədlər vermişdi ki, "Böyük Ermənistan" dövlətini yaratmaqda kömək edəcək. Lakin bu niyyətlərin qarşısını kəsən Osmanlı imperiyası varidi.Bu maneyəni aradan götürmək üçün ermənilər Ruslara böyük təkan verirdilər."Şərq məsələsi" , "Yunan layihəsi" kimi planlar Osmanlını parçalayıb maneyəni aradan götürmək idi. Erməni etnik qrupunun xüsusiyyətlərinə, hiyləgərlik, yalançı lobbiçilik, terror qruplaşması, dönüklük kimi mənfi əlamətlər xasdır.
Elə bu tiplərə görə öz niyyətlərini həyata keçirmək istəyən dövlətlər ermənilərə himayədarlıq edirlər.
Həmçin Avropa dövlətlərin hakimiyyət orqanlarında da ermənipərəstlik öndə gedir.Səbəbi bu etnik qruplardan məqsədli şəkildə istifadədir: Terror qruplaşması yaratmaq, Silahlı insidentlər törətmək, qarışıqlıq yaratmaq, təxribatlar aparmaq kimi prosedurların yerinə yetirən etnik mənşəyə malik olduqları üçün bu tiplərdən istifadə edirlər!
Müəllif: Elman Vəliyev
Oxşar xəbərlər