“Food City”-dən yeni xəbər var: Bazarda bir nəfər də erməni yoxdur

  • 25 iyul 2020, 22:16
Məlum olduğu kimi Moskva şəhərində fəaliyyət göstərən Food City topdansatış bazarına artıq bir həftədən çoxdur ki, erməni ticarətçilər buraxılmır.
Lakin bəzi saytlarda erməni ticarətçilərinin guya Food City-ə geri döndükləri və erməni mallarının bazarda satışının yenidən bərpa olunduğuı barədə xəbərlər yayılıb.
Food City bazarının sahiblərindən biri olan İlham Rəhimovun köməkçisinə məxsus İlkxeber.org saytı bu xəbərləri təkzib edib. Belə ki, saytın əməkdaşı Food Çity bazarında çalışan bir neçə həmyerlimizlə əlaqə saxlayıb. Jurnalist soruşub ki, topdansatış bazasına ermənilərin geriyə dönməsi barədə məlumatların əsası varmı?
Telefon danışığı zamanı həmyerlilərimiz bu xəbərin yalan olduğunu qətiyyətlə təsdiqləyiblər.
Onlardan biri qeyd edib ki, on günə yaxındır bazarda bir nəfər də olsun erməni ticarətçisi yoxdur: “Mən özüm hər gün səhər tezdəndən axşama qədər buradayam. Bu ön gündə bir nəfər erməni ilə rastlaşmamışam, bu bazarda. Onlardan bəziləri artıq məcbur olub özlərinə başqa yerlər axtarırlar. Məsələn, mən özüm görmüşəm ki, Samvel Karapetyana məxsus “Buxta” Ticarət Mərkəzinin həyətində ermənilərin xeyli meyvə maşınları dayanıb, orada satırlar. Onlar məcburiyyət üzündən o ünvana gəliblər. Halbuki həmin Ticarət Mərkəzində pal-paltar satılır. Çalışacam, sizə şəklini də çəkib göndərim”.
Oxşar xəbərlər