YAP Gəncə şəhər Təşkilatının yaranmasının 27 ili tamam olur

  • 24 iyul 2020, 10:59
Müasir Azərbaycanın tarixində mühüm siyasi əhəmiyyəti olan hadisələr arasında Yeni Azərbaycan Partiyasının yaradılması ən yaddaqalan hadisələrdəndir.

Müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası son dərəcə ağır və mürəkkəb günlərində, ölkənin ciddi qarşıdurmaya məruz qaldığı bir dövrdə -1992-ci il noyabrın 21-də ziyalıların təşəbbüsü və Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranıb. Heydər Əliyevə olan inam və etimad YAP-a da inam formalaşdırdı. Qısa müddətdə Azərbaycanın bütün şəhər və rayonlarında YAP-ın təşkilatlanması prosesi başladı. Həmin proses Gəncə şəhərində də öz həllini tapdı. Partiyanın şəhər təşkilatının yaradılması üçün ilk təəssübkeşlər fəaliyyətə başladılar. 1993 – cü il 23 iyul tarixində dövrün təzyiqlərinə və qadağalarına baxmayaraq, Yeni Azərbaycan Partiyasının Ulu öndər Heydər Əliyev ənənələrinə sadiq bir qrup təəssübkeşinin iştirakı ilə Gəncə şəhər təşkilatının təsis konfransı keçirilib.
 
Həmin vaxt partiya sıralarına gələnləri yalnız bir məqsəd düşündürürdü: Azərbaycanın müstəqilliyini qorumaq və xalqı gözləyən təhlükələrdən, fəlakətlərdən xilas etmək. Xalq isə Ulu öndər Heydər Əliyevdən kömək gözləyirdi. Xalqın təkidli tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyev hakimiyyətə gəldi. Onun memarı və qurucusu olduğu Yeni Azərbaycan Partiyası iqtidar partiyası oldu. Dahi Heydər Əliyev müdrik və uzaqgörən siyasəti ilə xalqı nicat yoluna çıxardı, müstəqilliyimizi əbədi və dönməz etdi.
Bu illərdə Yeni Azərbaycan Partiyasının hansı uğurlara imza atdığı göz önündədir. Xalqın inamını qazanan partiyanın uğurlu gələcəyi danılmazdır. Bu inam partiyanın yaradıcısı Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət, eyni zamanda Prezident cənab İlham Əliyevin bu xətti uğurla davam etdirməsi nəticəsində qazanılıb.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının 27 illik tarixində çətin və şərəfli missiyanı yerinə yetirən partiya veteranlarının, ziyalıların, gənclərin, qadınların layiqli xidmətləri unudulmazdır. Şəhər təşkilatı fəaliyyət göstərdiyi 27 il ərzində kəmiyyətcə böyüyüb, inkişaf edib ideoloji iş təcrübəsini təkmilləşdirib, demokratik seçki təcrübəsinə nail olaraq, bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbələrinə öz töhfələrini verib.
 
Hazırda YAP Gəncə şəhər Təşkilatının 252 ərazi ilk partiya təşkilatında 44 mindən çox partiya üzvünü  birləşib. Bu statistika, eyni zamanda Ulu öndər Heydər Əliyev ideyalarına sədaqətin, Prezident cənab İlham Əliyevin günbəgün yeniləşən, təkmilləşən siyasətinə dəstəyin nümayişidir. Fəxrlə deyə bilərik ki, təşkilatının sıraları bu gün də gənc, savadlı, vətənpərvər, xalqını, Vətənini sevən gənclərin, qadınların, ziyalıların hesabına yenilənir və genişlənir. Bütün bunlar şübhəsiz ki, partiyanın bu gününə və gələcəyinə olan inamın göstəricilərindəndir. Təşkilatın üzvlərinin 55,6 faizini gənclər, 62 faizini isə qadınlar təşkil edir. Partiya sıralarına gələnlərin əksəriyyətinin gənclər olması Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin xalqımızın bütün təbəqələrinin, xüsusən gənclərin arasında yorulmaz fəaliyyəti, misilsiz xidmətləri ilə daha böyük inam və etibar, hörmət və nüfuz qazanmasını təsdiq edir. Bu ondan xəbər verir ki, Azərbaycan gəncliyi öz potensial imkanlarını ortaya qoymaq üçün bu partiyada meydan görürlər.
YAP Gəncə şəhər Təşkilatı öz işini partiyanın Proqram və Nizamnaməsinin, partiya qurultaylarının tələbləri səviyyəsində quraraq, rəhbər orqanların qərarlarını, tövsiyə və tapşırıqlarını dəqiq, vaxtında yerinə yetirir, bütün siyasi tədbirlərdə, kampaniyalarda fəal iştirak edir. Son illər Gəncədə əldə edilən böyük uğurların qazanılmasında şəhər partiya təşkilatının da müstəsna xidmətləri var. Şəhər rəhbərliyi ilə partiya təşkilatı arasında yaranan sıx əlaqələr qazanılan qələbələrin əsas meyarına çevrilib.
 
Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatında keçirilən tədbirlər, diskussiyalar, müzakirələr, seminarlar, dəyirmi masalar, forumlar, konfranslar gənclərin fəallığına, ideoloji-siyasi səviyyəsinin yüksəlməsinə, fəal həyat mövqeyinin formalaşmasına əhəmiyyətli təsir göstərib.
YAP Gəncə şəhər Təşkilatı öz işini partiyanın Proqram və Nizamnaməsinin, partiya qurultaylarının tələbləri səviyyəsində quraraq, rəhbər orqanların qərarlarını, tövsiyə və tapşırıqlarını dəqiq, vaxtında yerinə yetirir, bütün siyasi tədbirlərdə, kampaniyalarda fəal iştirak edir. Son illər Gəncədə əldə edilən böyük uğurların qazanılmasında şəhər partiya təşkilatının da müstəsna xidmətləri var. Şəhər rəhbərliyi ilə partiya təşkilatı arasında yaranan sıx əlaqələr qazanılan qələbələrin əsas meyarına çevrilib.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatında keçirilən tədbirlər, diskussiyalar, müzakirələr, seminarlar, dəyirmi masalar, forumlar, konfranslar gənclərin fəallığına, ideoloji-siyasi səviyyəsinin yüksəlməsinə, fəal həyat mövqeyinin formalaşmasına əhəmiyyətli təsir göstərir.
Bu gün bəşəriyyət ağır sınaq qarşısındadır. Yeni qlobal pandemiya – koronavirus (COVID-19) infeksiyası yer kürəsinin, eyni zamanda ölkəmizin saknlərinin sağlamlığını təhdid altına aldığı bir vaxtda gözlə görə bilmədiyimiz düşmənlə mübarizə ilə bağlıGəncədə də müvafiq tədbirlər görülür. Şəhərdə dezinfeksiya işləri, maarifləndirmə tədbirləri, aztəminatlı ailələrə, tənha yaşayan 65 yaşdan yuxarı sakinlərə yardım aksiyaları davam etdirilir.
Hakim Yeni Azərbaycan Partiyası kimi YAP Gəncə şəhər təşkilatı da geridə qalmır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsünə qoşulan təşkilatın əməkdaşları mart və aprel ayları üzrə əmək haqlarını, ümumilikdə 28 440 manat vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər. Bu günə qədər YAP Gəncə şəhər təşkiltının əməkdaşları və könüllüləri yaşı 65-dən yuxarı tənha və ahıl vətəndaşlara, aztəminatlı ailələrə gigiyenik vasitələr, ərzaq olan sovqatlar çatdırıb, xüsusi karantin rejimi ilə əlaqədar onlara maarifləndirici tövsiyələr veriblər. Aksiyada yaşı 65-dən yuxarı olan partiya veteranları da diqqətdən kənarda qalmayıb.
 
Nəcib aksiyadan faydalanan yüzlərlə aztəminatlı ailələrin üzvləri, tənha yaşayan yaşlı sakinlər əhalinin sağlamlığını daim diqqətdə saxlayan, koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ mübarizə tədbirlərinə görə Prezident İlham Əliyevə, birinci Vitse prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bilavasitə təşəbbüsü və birbaşa rəhbərliyi altında epidemiyanın qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdə, aksiyalarda yaxından iştirak ediblər.
Koronavirus pandemiyası bir anda dünyamızın nizamını dəyişdirdi. Ölkələr bir-birlərinə qapılarını bağladı, kütləvi tədbirlər təxirə salındı, iqtisadi əlaqələr məhdudlaşdırıldı. “Gözəgörünməz düşmən” dünyamızı bir sıra iqtisadi, ekoloji, turizm və təhsil problemləri ilə də üz-üzə qoydu. Dünyanın aparıcı ölkələrinin belə pandemiyanın yaratdığı fəsadları aradan qaldırmaq, bu bəladan daha az itki ilə çıxmaq üçün yollar axtardığı vaxtda beyinlərdə bir sual dolaşdı:Postpandemiya dövrünün reallıqları, çağırışları necə olacaq?
YAP Gəncə şəhər təşkilatının təşəbbüsü ilə keçirilən “Pandemiya və postpandemiya dövründə sosial müdafiə tədbirləri və səhiyyə” “Postpandemiya dövründə ekologiya, turizm, təhsil və media” mövzularında keçirilən videokonfranslarda ölkəmizdə həyata keçirilən sosial siyasətin, sosial dəstək proqramlarının əhalinin sağlamlığının, təhlükəsizliyinin qorunmasına, sosial rifaha olan təsirlərindən bəhs edilib. Müzakirə zamanı bütün dünyanın koronavirus pandemiyasının təhdidi altında olduğu bir dövrdə Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdən, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə olduğundan, qorxunc infeksiyanın ölkəmizdə yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlərin dayanmadan davam etdirildiyindən danışılıb. Eyni zamanda pandemiya dövründə qarşıya çıxan problemlər və onların həlli yolları ilə bağlı məsələlər də müzakirə mövzüsuna çevrilib.
 
Azərbaycan Prezidentinin əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərarın, atdığı hər bir addımın cəmiyyətdə razılıqla, böyük rəğbətlə qarşılandığı videokonfransda məruzəçilər tərəfindən diqqətə çatdırılıb. Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və sosial rifahının dəstəklənməsi istiqamətində görülən işlər, Heydər Əliyev Fondunun xeyirxah təşəbbüsləri, reallaşdırılan bənzərsiz sosial müdafiə tədbirləri vətəndaşların sonsuz minnətdarlıq hissləri ilə qarşılandığı da vurğulanıb. Koronavirusla mübarizədə Almaniyanın və Türkiyənin atdığı addımlardan, qadağaların hansı formada tənzimlənməsindən də danışılıb. Videokonfransda COVID-19-a qarşı mübarizənin ön sıralarında yorulmadan çalışan Yeni Azərbaycan Partiyasının gənc fəallarının, könüllülərinin cəsarət və mətinlik nümayiş etdirdikləri, yaşlı, əlilliyi olan insanlara hörmət və qayğı ilə yanaşmaları xüsusi ilə qeyd edilib.
Ən əsası isə xalq-hakimiyyət birliyi, həmrəyliyimiz, insanlar arasında qarşılıqlı şəfqət, qayğı və mərhəmət hissləri, vətəndaş məsuliyyəti koronavius kimi qorxunc kabusa qalib gəlməkdə yardım edəcək, tezliklə xalqımız gözəgörünməz təhlükədən sovuşacaq. Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi “Biz birlikdə güclüyük!
Oxşar xəbərlər