Məşhur rus politoloqlar Tovuz haqda nələr dedi?

  • 19 iyul 2020, 09:15
Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan sərhədində, Tovuz istiqamətində törətdiyi təxribatlarla bağlı Rusiyanın məşhur siyasətçiləri, politoloqları və deputatları açıqlamalar verib.
Axar.az onlardan bəzilərinin fikirlərindən ən maraqlı hissələri təqdim edir:
Yevgeni Mixaylov, millətlərarası münaqişələr üzrə ekspert:
“Biz KTMT-yə üzv olan ölkələrin, o cümlədən Rusiyanın Ermənistanın qəsdən bu təxribata əl atmasını anlamasını müşahidə edirik. Hər şeydə İrəvan günahkardır!»
Konstantin Zatulin, Rusiya Dövlət Dumasının ermənipərəst deputatı, MDB İşləri üzrə komitənin sədr müavini (erməni jurnalistlərə müsahibəsindən):
”Bu hərbi təcavüzün kökünü İrəvanda axtarmaq lazımdır. Ermənistan hakimiyyətinin daxili siyasətdə çoxlu səhvlərə yol verdiyini, ölkə daxilində gərgin vəziyyət yaratdığını və indi nə edəcəyini bilmədiyini müşahidə edirik”.
Vladimir Solovyov, ermənipərəst mövqeyi ilə tanınan məşhur rusiyalı televiziya aparıcısı (“Vladimir Solovyovla axşam” verilişində erməni səfirə deyir):
”Bu gülməlidir! Biz isə ciddi adamlarıq! Hansı “Uazik”dən (Ermənilərin insidentin başlamasına səbəb kimi Azərbaycan Ordusunun zabitlərinin UAZ markalı avtomobillə hücuma keçməsi haqda yaydığı məlumat nəzərdə tutulur – red.) söhbət gedə bilər? Azərbaycan Ordusu yüksək səviyyədə təchiz edilib, onların döyüş texnikası var. Bakı hərbi texnikaya, döyüşçülərin hazırlanmasına, ön zərbə xəttinə böyük pullar yatırır. “Uazik”lə hücum olur?”
Oleq Kuznetsov, məşhur rusiyalı tarixçi, professor:
”Ermənilər Azərbaycan sərhədində bu təxribatı törətdiklərinə görə peşman olacaqlar. Mənim simpatiyam Azərbaycanın, onun xalqının və Silahlı Qüvvələrinin tərəfindədir. İnanıram ki, Bakı minimum itkilərlə və tez bir zamanda qələbə qazanacaq”.
Vitali Arkov, PolitRUS portalının rəhbəri, rusiyalı politoloq:
”Ermənistan yeni hərbi münaqişə yaratdı. KTMT və digər ölkələr Azərbaycanla konstruktiv münasibətlər qurmağa davam edəcək. Paşinyanın hərbi-siyasi avantürasına dəstək olmayacaq”.
Aleksey Fenenko, Rusiya Şurasının beynəlxalq məsələlər üzrə eksperti:
”Azərbaycan-Ermənistan sərhədində eskalasiya İrəvanın Rusiyanı qıcıqlandırmaq üçün addığı atdımdır”.
Sergey Markov, Siyasi Araşdırmalar İnstitutunun direktoru:
”Ermənilər deyir gərginliyi Bakı yaradıb, amma bütün izlər İrəvana aparır”.
İqor Korotçenko, hərbi ekspert, Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru:
”Azərbaycan və Ermənistan arasında gərginliyin mənbəyini Ermənistan iqtisadiyyatında və Ermənistanın daxilində, hakimiyyət orqanlarının artmaqda olan disbalansında axtarmaq lazımdır”.
Oxşar xəbərlər