Türkiyə XİN Tovuz cəbhəsində baş verənlərlə bağlı bəyanat yaydı

  • 13 iyul 2020, 11:04
Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan-Azərbaycan sərhədinin Tovuz bölgəsində işğalçı ölkənin törətdiyi təxribat və gərgin vəziyyətlə əlaqədar bəyanat verib.
Demokratik.Az Türkiyənin Azərbaycandakı səfirliyinə istinadən bu barədə xəbər verir.
Bəyanatda deyilir: “Erməni silahlı qüvvələrinin Azərbaycanın Tovuz bölgəsinə gerçəkləşdirdiyi hücumu şiddətlə qınayırıq. Həyatını itirən azərbaycanlı şəhidlər üçün dost və qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, yaralılara tezliklə şəfalar diləyirik”.
Türkiyə XİN-in bəyanatında Ermənistanın təcavüzkar siyasətinin yeni bir təzahürü olan bu hücumun Azərbaycan tərəfindən qarşısının alındığı vurğulanıb, hücumların cavabsız qoyulmayacağına inam ifadə olunub. Bildirilib ki, Ermənistan beynəlxalq toplumun diqqətini Azərbaycan torpağı olan Dağlıq Qarabağ və ətrafında illərdir davam edən hüquqdankənar yerlərə çəkmək və münaqişəyə yeni çalarlar qatmaqla siyasi həllin qarşısını almaq üçün əl atdığı bu təşəbbüs nəticəsiz qalmağa məhkumdur.
Bildirlir ki, Ermənistan tərəf bu kimi təhlükəli taktikadan əl çəkməli, hüquq yolunu seçməlidir.
“Türkiyə, ərazi bütövlüyünü müdafiə mücadiləsində bütün imkanları ilə Azərbaycanın yanında yer almaqda davam edəcək”-Türkiyə XİN-in bəyanatında daha sonra deyilir.
Oxşar xəbərlər