İlham İsmayıl: "Ermənilər bizi zəif görüb üstümüzə gəlirlər" - VİDEO

  • 29 iyun 2020, 19:52
Tanınmış təhlükəsizlik eksperti İlham İsmayıl qondarma Dağlıq Qarabağ respublikasının rəhbərinin Azərbaycana qarşı artan təhdidedici bəyanatlarına sərt münasibət bildirib.
Demokratik.Az-ın məlumatına görə, ekspert qeyd edib ki, separatçı rejimin məlum aprel döyüşlərində geri aldığımız torpaqlara dil uzatmasının, həmin ərazilərə yenidən iddialı olmasının günahı həm də özümüzdədir.
Ekspertin "Kanal13"-ə açıqlamasından SİTAT:
- "Aprel döyüşlərində əldə etdiyimiz uğurumuzu möhkəmləndirə bilmədik. Nə hərbi, nə də diplomatik nöqteyi-nəzərindən... Biz geri çəkildik, deməməli idik ki, atəşkəsi pozubsunuz cavab vermişik. Gərək deyəydik ki, əməliyyat aparıb öz torpaqlarımızı azad etmişik. Onda da erməni havadarları üzərimizə öhdəlik götürməklə təhdid etdilər. Atəşkəsi pozmayacağımıza imza atdıq...
- Ermənilərin hər təhdidedici bəyanatına qarşı bir yaşayış məskənimizi işğaldan azad etməliyik ki, dərs alsınlar... Təəssüf ki, nə çevik diplomatiyamız, nə hərbi üstünlüyümüz var...
- Bizi zəif görüb üstümüzə gəlirlər, zəiflik etməməliyik! Sərt üzümüz yoxdur ey bizim...
- Sergey Markedonovun mövqeyi necə olub ki? Ermənipərəstdir, O, Qarabağla bağlı sülh danışıqlarının daha 10 il uzanacağını deyirsə, nə etməli - 26 il də uzanacaq deyə bilərdi. Sülh danışıqlarının adını bir proses qoyublar, bunun adını Qarabağı işğaldan azadetmə qoymaq lazımdır. Bunlar bizim siyasi zəifliyimizdir, biz üstlərinə getməliyik. Sərsəm bəyanatlar hələ çox eşidəcəyik!...
Demokratik.Az İlham İsmayılın "KANAL-13"-ə videoaçıqlamasını təqdim edir:
Oxşar xəbərlər