Gəncə müsavatçıları Rəsulzadəni ziyarət etdi - "CÜMHİRİYYƏT - 102" (fotolar və video)

  • 28 may 2020, 23:13

Gəncədə bir qrup Müsavatçı və şəhər sakinləri 28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünü qeyd ediblər.
Demokratik.Az-ın məlumatına görə, tədbir iştirakçıları ümummilli lider Məmmədəmin Rəsulzadənin Gəncədəki büstünü ziyarət etməklə Cümhuriyyət tarixini yada salıblar, cümhuriyyətin unudulmaz banisi Rəsulzadənin büstü önünə gül dəstələri düzüblər.
Qısa anım tədbirində çıxış edən Müsavat Partiyası Gəncə şəhər təşkilatının sədri Cahangir Əmirxanlı bayram günü münasibətilə hamını təbrik edib. Natiq xatırladıb ki, 1917-ci ildə Rusiyada baş vermiş inqilabı nəticəsində Çar İmperiyası devrilib. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. Nəticədə 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılıb və varisi olduğumuz bu respublika Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub.
Cahangir Əmirxanlı Cümhuriyyətin yaranışında Gəncənin tarixi missiyasına diqqət çəkərək paytaxtın Bakıya köçürülməsi prosesini də yada salıb.
Tədbirdə Ens.Az və Demokratik.Az saytlarının rəhbərləri Famil Ələkbərov və Osman Nərimanoğlu da iştirak edib, bayram tədbirindən xatirə şəkillərli çəkdiriblər.
Ens.Az-ın lentə aldığı videosüjeti təqdim edirik:




Oxşar xəbərlər