"Elmar Məmmədyarov Nyu-Yorkdakı evləri hansı milyonlarla alıb?"

  • 24 may 2020, 20:41
“Elmar Məmmədyarov öz oğluna Nyu Yorkun göbəyində həqiqətən 4 milyon dollara iki mənzil almışdırsa, bu pulların mənşəyini çox inandırıcı şəkildə günü sabah xalqa izah etməlidir. İranla mübahisəli su sazişi və Ermənistanın xalqımıza dünən Şuşada acıq verməsi gündəm olan bir vaxtda onun başqa seçimi yoxdur. Ya izah edəcəksən, ya da istefaya gedəcəksən”.
Bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib.
“Əlbəttə, xarici işlər nazirinin, səfirlərin nisbətən zəngin adam olmaları çox vaxt zəruridir. Çünki onlar dünyanın və müxtəlif ölkələrin zənginləri ilə oturub-durmalı, zənginlərin düşüncə və həyat tərzinə bələd olmalıdırlar ki, yaxınlıq əmələ gəlsin və bu ünsiyyətdə ölkəmizə nüfuz qazandırılsın. Amma bu yanaşma ancaq Məmmədyarovun inandırıcı izahından sonra keçərli olacaq”,-deyə partiya sədri əlavə edib.
Oxşar xəbərlər