Xəbər lenti
Bütün xəbərlər

Sərdar Cəlaloğludan İqbal Ağazadəyə sərt sözlər

  • 20 may 2020, 08:45


“Biz burda seçki ilə bağlı bir araya yığışmamışıq... Onun tədbiri tərk etməsinin səbəbi bu idi”

“Hazırda müxalifətin hansısa konfiqurasiyasında iştirak etmək İqbal bəyə siyasi cəhətdən məqbul deyil”. Bu sözləri TV Müsavatın “Canlı debat” verilişindəki çıxışında ADP sədri Sərdar Cəlaloğlu Ümid Partiyasının sədri İqbaI Ağazadə barəsində danəşarkən deyib. Müxalifət partiyası rəhbərlərinin AXP qərargahında toplaşması və o yığıncaqdakı müzakirələrlə bağlı oxucu sualını cavablandıran S.Cəlaloğlu İ.Ağazadənin çıxışını bitirdikdən dərhal sonra tədbiri tərk etməsinə münasibət bildirib: “Azərbaycanda çox ciddi siyasi mədəniyyət problemi var. Bəzi adamlar iclas başlayan kimi deyirlər ki, “xahiş edirəm, birinci mənə söz verin, işim var, gedəcəm”. Bir fikir deyirlər, hamı ona qulaq asır. Amma onun fikrinə əks fikir deyənə və ya başqasına qulaq asmırlar, çıxıb gedirlər. Bu nə deməkdir? Biz də bir iclas çağırmışıq. İki saatdır. Əgər bu iki saat ərzində bu iclasda otura bilməyəcəksənsə, öncədən xəbər et ki, mən bu müddətdə burda otura bilməyəcəm, üzrlü say. Yox, əgər bilibsən ki, bu, iki saatlıq iclasdır, axıra qədər otur, hamının dediyinə qulaq as”.
S.Cəlaloğlu bildirdi ki, tədbirin təşkilatçısı Pənah Hüseyn konkret bir predmet ətrafında deyil, məsləhətləşmə xarakterli bir tədbir keçirib. ADP sədrinin sözlərinə görə, orda bir çox adamın rəyi ilə İ.Ağazadənin rəyi üst-üstə düşmədi: “Mənim başa düşdüyüm odur ki, İqbal bəy açıq şəkildə seçkiyə hazırlaşır. Bütün fəaliyyətini də təkrar seçkiyə indeksləyir. Orda açıq şəkildə belə cümlə işlətdi ki, “mən sabah gedəcəm seçkiyə. Mənim yanımdakı şəxs də mənə alternativ olan hökumətin adamını müdafiə edəcək”. Onun tədbiri tərk etməsinin səbəbi bu idi. İqbal bəy təkrar seçkilərə getmək istəyir. Ona görə də bu dəqiqə müxalifətin hansısa konfiqurasiyasında iştirak etmək ona siyasi cəhətdən məqbul deyil. Çünki burda mövqe ortalığa qoymalı, açıq şəkildə fikir bildirməlidir. Ola bilər, seçkidə onun əleyhinə olan adamlarla da müttəfiqlik edəcək. Biz orada seçki ilə bağlı bir araya yığışmamışdıq. Bunu anlamaq lazımdır. Biz yığışdlq ki, siyasi dialoqu necə görürük, bunun predmeti nədən ibarətdir. Bunun xalqa xeyri nədir. Ölkədəki dəyişikliyə müxalifət olaraq hansı töhfəni verə bilərik”.
Sərdar Cəlaloğlu -Akif Əlizadə Azərbaycan iqtisadiyyatına heç bir ...
Sərdar Cəlaloğlu
Müsahibimiz ümumilikdə müxalifət düşərgəsini də tənqid etdi: “Pərakəndəlikdən, xaosdan nizam doğur. Koronavirusdan əvvəl Azərbaycan müxalifəti necə idisə, koronavirusdan sonra da elə qalıb. Heç nə dəyişməyib. Elə bil söz vermişik ki, biz dəyişməyəcəyik. Dünya dəyişiləcək, biz dəyişməyəcəyik, sanki. Biz isə dəyişməsək, siyasət dəyişməyəcək. Azərbaycan müxalifətinin dəyişməsindən başlayacaq hər şey”.
Oxşar xəbərlər