"ŞAD XƏBƏR!" Qərbi Azərbaycan Respublikası elan olundu

  • 10 may 2020, 18:29
Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlının sədri olduğu  Təşəbbüs qrupu   BAO-nun  (Bütöv Azərbaycan Ocakları) təşkilatçılığı ilə keçirilən bir video- konfransda Mühacirətdə Qərbi  Azərbaycan (İrəvan)  Respublikası elan edib.
Qafar Çaxmaqlı deyib ki, uzun illər Azərbaycan və türkiyə ictimaiyyətinin gündəmində olan bu ideyanı gerçəkləşdirmək üçün bu dəfə qərarlı addım atıldı.  Dünyanın müxtəlif yerlərində yaşayan  Qərbi Azərbaycan kökənli insanların arzularının gerçəkləşməsi yolunda qəaralı bir addım atıldı. Dünən Mühacirətdə Qərbi  Azərbaycan (İrəvan)  Respublikasını elan etdik.  O əlavə edib ki, öncə bu respublikanın MİLLİ ŞURASI fəaliyyətə keçəcək. Daha sonrakı mərhələdə respublikanın Milli Məclisi seçiləcək və hökumət formalaşdırılacaq.
«Tarix bu addımın atılmasında nə qədər haqlı olduğumuzu ortaya qoyur.  Uzun əsrlər boyu daimi yaşayış məskənimiz olan   Qərbi Azərbaycanda bizim milli dövlətimiz olmuşdur,  bu dövlətin hakimiyyəti altında  yaşayan  digər xalqlar ədalətlə idarə edilmiş,  onların  milli-mədəni inkişafı təmin edilmiş, heç zaman milli və dini ayrı-seçkiliyə yol verilməmişdir.  Mənimlə razılaşarsınız ki, Azərbaycan dövlətçiliyinin varislərindən olan  İrəvan xanlığı çox da uzaq tarix deyildir. Rusiya  İrəvanı işğal edərək buradakı dövlətçiliyimizə son vermişdir.
Bu cəhət nəzərə alınmalıdır ki, 1918-ci ildə  Azərbaycan hökuməti İrəvanı ermənilərə  müəyyən şərtlərlə  vermişdi.  Ermənilərə bu şərtlərə razılıq versələr də, sonradan bu şərtləri pozmuşlar.  Zəngəzur və Dağlıq Qarabağa iddialardan əl çəkməmişlər.  Onun biri Ermənistan deyilən dövlətə birləşdirilmiş, digəri issə hal- hazırda işğal altındadır.
 Azərbaycan torpaqlarında yaradılan bu qondarma dövlətin ərazilərinə sonradan SSRİ rəhbərliyinin göstərdiyi «qayğı” nəticəsində bizim torpaqlardan əlavə «pay” torpaqlar qatılmaqla, Ermənistanın ərazisi 9 min kv. km-dən 29 min kv-km-ə çatdırılmışdır. Bunun ardınca da Azərbaycan türklərinin bu ərazilərdən müxtəlif  bəhanələrlə və basqılarla köç etdirilmə siyasəti davam etdirilmişdir. Bu, dövlət səviyyəsində aparılmışdır. 
Onlardan bir örnək 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin qərarıdır.
«Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərara və çoxsaylı sənədlərə əsaslanaraq deyə bilərik ki, indiki Ermənistan bizim tarixi vətənimizdir və burada bir dövlət quramağa haqqımız çatır.
 Qafar Çaxmaqlı vurğulamışdır ki, Azərbaycana qarşı daim ərazi iddiaları irəli sürən və torpaqlarımızn bir hissəsini üçüncü onillikdir ki, işğal altında saxlayan Ermənistandan dədə — baba torpaqlarımızı, 1918-ci ildə müvəqqəti olaraq verdiyimiz İrəvan şəhərini, Zəngibasarı, Göyçəni, Zəngəzuru, Gümrünü, Dərələyəzi və digər tarixi ərazilərimizi geri tələb etməyin vaxtı çatmışdır.  Biz bir qrup Qərbi Azərbaycan kökənli ziyalılar bu məqsədləri reallaşdırmaq və bu yerin insanlarının haqq və hüquqlarının müdafiə etmək üçün Mühacirətdə Qərbi  Azərbaycan (İrəvan)  Respublikasını elan edirik.
Uğur olsun!
Oxşar xəbərlər