Ermənistan Rusiya ilə anlaşmanı yubadır

  • 01 may 2020, 20:02
Rusiya forpostunda ABŞ laboratoriyalarının olmasını həzm edə bilmir
Ermənistanla Rusiya arasında bioloji təhlükəsizlik üzrə qarşılıqlı anlaşma memorandumu hazırda İrəvanda hökumətdaxili müzakirələrdədir. Bu müzakirələr isə koronavirus pandemiyasına görə elan olunmuş fövqəladə vəziyyətlə bağlı təxirə salınıb.
Rusiya mətbuatı xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Telegram hesabında açıqlama yayılıb. Qurumun mətbuat katibi Anna Nağdalyan bildirib ki, sənəd geniş spektrli məsələləri əhatə edir: “Ermənistanla Rusiya arasında qarşılıqlı anlaşma memorandumu bioloji təhlükəsizliyin təmin olunması sahəsində geniş əhatəli məsələləri nəzərdə tutur. Memorandum layihəsi hazırda hökumətdaxili razılaşdırma mərhələsindədir və bu proses fövqəladə vəziyyət rejiminə görə yubanır”.
Xarıladaq ki, ötən ilin noyabrında Rusiyalı mütəxəssislərin Ermənistan ərazisində yerləşən bioloji laboratoriyalara buraxılması məsələsi Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana ikigünlük səfərinin yekunu olaraq keçirilən mətbuat konfransının əsas müzakirə mövzusu olub.
Lavrovun bildirib ki, Moskva bu məsələ ilə bağlı tezliklə memorandum imzalamaq ümidindədir.
Onu da qeyd edək ki, 2008-ci ildən başlayaraq ABŞ Ermənistanda ona yaxın bioloji laboratoriya yaradıb. Onlar Amerikanın müdafiə məqsədli “Müştərək iştirakla bioloji proqramı” üzrə işləyirlər. Bu laboratoriyalar Ermənistanın mülkiyyətidir.
Mətbuat konfransında Rusiya XİN rəhbəri Moskva və İrəvanın bioloji təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətinin vacibliyini vurğulayıb.
Bu kontekstdə o, bioloji silahın hazırlanmasını qadağan edən konvensiyanın mövcudluğunu da xatırladıb və bildirib ki, ABŞ qəti şəkildə bu konvensiyaya etiraz edir, dünyanın hər yerində ikitərəfli əsasda özünə tabe olan laboratoriyalar yaratmağa çalışır.
Bu cür ABŞ-ın maliyyəsi ilə yaradılan modernləşdirilmiş bioloji laboratoriyalar Gürcüstanda, Ermənistanda, Ukraynada, Qazaxıstan, Özbəkistanda və Azərbaycanda mövcuddur. Orada bioloji tədqiqatlar aparılır, viruslar öyrənilir.
Ermənistan hakimiyyəti bildirir ki, bioloji laboratoriyalar yalnız tibbi məqsədlərlə istifadə olunur.
What You Need to Know About Russia's Sergei Lavrov

Lavrovun açıqlamasından əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan da tərəflərin memorandum üzərində işlədiyini təsdiqləyib: “Bu sənədin əsas məqsədi tərəflərin maraqlarını təmin etməkdir ki, heç kimin, bizim heç bir tərəfdaşımızın laboratoriyalarla bağlı qorxularına yer qalmasın”.
Baş nazir bildirib ki, 2018-ci ildə onun şəxsi sərəncamı ilə rusiyalı mütəxəssislər bioloji laboratoriyaya buraxılıb. Onlara bu müəssisələrin Rusiya üçün heç bir təhlükə kəsb etmədiyinə əmin olmaq imkanı yaradılıb.
“Düşünürəm ki, rusiyalı həmkarlarımız buna əmin olublar”, – Nikol Paşinyan “Kommersant” qəzetinə müsahibəsində bildirib.
Ermenistan Başbakan adayı Nikol Paşinyan, Türkiye tarafından ... 
Elə həmin 2018-ci ildə Gürcüstanda yerləşən bioloji laboratoriyanın fəaliyyəti ilə bağlı qalmaqal yaranıb. O zaman bir sıra Rusiya mənbələri ilə yanaşı, Gürcüstanın keçmiş dövlət təhlükəsizliyi naziri İqor Qiorqadze də bildirmişdi ki, Luqar laboratoriyasında insanlar üzərində təhlükəli təcrübələr həyata keçirilir.
Həmin ilin noyabrında Tiflisdə yerləşən Riçard Luqar adına İctimai Tədqiqat Səhiyyə Mərkəzi 17 ölkədən olan iyirmidən çox mütəxəssisi qəbul edib. “Turun” məqsədi Rusiyanın bioloji silah istehsalında ittiham etdiyi laboratoriyada nələrin baş verdiyini aydınlaşdırmaq olub.
Yekdilliklə qəbul edilən rəydə qeyd olunub ki, laboratoriya işinin şəffaflığını təmin edir və onun bütün fəaliyyəti müxtəlif xəstəliklərin qarşısının alınması ilə əlaqədardır.
Memorandumda Ermənistandakı bilojo laboratoriyalarda başqa ölkələrin hərbçilərinin iştirakı birmənalı olaraq istisna edilir. Rusiyanın bu qədər önəm verdiyi sənədin Paşinyan tərəfindən məqsədli şəkildə yubadıldığı güman edilir.
Musavat.com
Oxşar xəbərlər