İlqar Məmmədov Tofiq Yaqublu ilə həbsindən və öz bəraətindən danışdı

  • 29 apr 2020, 10:52
İlqar Məmmədov Ali Məhkəmənin bəraət və kompensasiya qərarının Tofiq Yaqubluya şamil olunmamasının səbəblərindən danışıb.
Real Partiyasının sədri İlqar Məmmədov barəsində Ali Məhkəmə tərəfindən bəraət hökmünün verilməsi və kompensasiya ödənilməsi ilə bağlı qərara münasibət bildirib. TV Müsavatın “Canlı debat” verilişində qonaq olan İ.Məmmədov Tofiq Yaqublu ilə eyni maddə ilə həbs olunmasına baxmayaraq, sonuncu ilə bağlı bu qərarın verilməməsi sualına aydınlıq gətirib. Onun fikrincə, belə bir paralel aparmaq doğru deyil: “Əlamət düşüncəsi qaydası var. Siz iki hər hansı obyektə baxırsız və onun təsadüfi iki əlamətini götürür və onu eyniləşdirirsiz. Bizim iş hər kəsin işindən daha fərqlidir. Bu günə qədər bizim hüquqi baxımdan getdiyimiz yolu heç kim getməyib. Kimsə deyə bilər ki, İlqar Məmmədov da 6 il həbsdə yatdı, filankləs də, birinə bəraət verildi, o birinə yox. 6 il həbsdə yatmaqla deyil axı. Hüquqi baxımdan öz haqqını necə isbat etmisən? Hansı qərarlar əldə etmisən? O qərarlar sənin bəraət alman üçün kifayət edirmi, ya etmirmi? İndiyə qədər biz getdiyimiz hüquqi yolu, bu istiqamətdə, bu uzunluqda, bu genişlikdə heç kim getməyib. Biz Tofiq Yaqublu ilə nəinki eyni gündə həbs edilmişik, bizi həbs edən eyni prokuror idi, eyni hakimlər, eyni üzəduranlar idi. Bizə qarşı çıxarılan hökmlərin mətni də eyni idi. Bəs Tofiq Yaqublu o hüquqi yolu getdimi? Getmədi. 2013-cü il fevralın 4-də həbs olunduq. Fevralın 25-də, düz 3 həftə sonra mənim ərizəm ingilis dilində, Avropa Konvensiyasının 8 maddəsi ilə haqqımın pozulması ilə oradaydı. Bunun kommunikasiyası sentyabrda bitdi. Tofiq Yaqublunun işi üzrə şikayət 2 maddə üzrə verildi. Siyasi motiv komponenti ora daxil edilmədi. Ərizə mayda Avropa Məhkəməsinə çatdı, həm də Azərbaycan dilində çatdı. Bu da 1 il ləngimə deməkdir. Mənim Avropa Məhkəməsində kommunikasiyam qurtaranda Tofiq Yaqublunun kommunikasiyası hələ heç başlamamışdı”.
Tofiq Yaqublu həbs edildi | Eurasia Diary
Tofiq Yaqublu
İ.Məmmədov bildirdi ki, T.Yaqublu barədə çıxarılan qərarda onun qanunsuz olaraq tutulması məqamı qeyd olunub. Müsahibimiz buradakı daha bir məqama diqqət çəkdi: “Biz niyyəti isbat etdik ki, qanunsuz tutulmanın arxasında başqa niyyət vardı. Amma Tofiq Yaqublu bunu etmədi. Biz eyn zamanda təqsirsizlik prezumpsiyasının pozulmasını isbat etdik. Biz çox əhatəli, hərtərəfli, hüquqi əsaslandırma hazırladıq. Təəssüf ki, hörmət etdiyimiz Tofiq Yaqublunun bu addımları bu dərinlikdə, bu intensivlikdə, bu genişlikdə olmadı. Ona görə də mən deyirəm ki, siz iki obyekti, iki hadisəni, iki şəxsi müqayisə edəndə onların zahiri əlamətlərinə baxmayın. Çünki zahiri əlamətləri müqayisə edəndə ilk gözə sataşan əlamətləri müqayisə edəndə eyni olur”.
Oxşar xəbərlər