Ziyafət Əsgərov: "Əli Kərimli və Cəmil Həsənli Azərbaycanın düşmənləridir"

  • 09 apr 2020, 15:44
“Hazırda koronavirusa qarşı ən kamil mübarizə aparan dövlətlərdən biri Azərbaycandır”.
Demokratik.Az bildirir ki, bu cür sərt fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov səsləndirib. Deputat parlamentin bu gün keçirilən plenar iclasında danışarkən belə deyib.
“Bizim birliyimiz Azərbaycanı istəməyən qüvvələrə təsir edir. Siyavuş Novruzovun fikri ilə razıyam, onlar utanmasalar, deyərlər ki, koronavirusu dünyaya Azərbaycan hökuməti yayıb. Əli Kərimli, Cəmil Həsənli və s. Azərbaycanın düşmənləridir. Azərbaycan xalqı həmişə Prezidentin ətrafında sıx birləşməlidir. Hamı qanuna tabe olmalıdır”, – deputat əlavə edib.
Oxşar xəbərlər