İqbal Ağazadə: "əgər dövlət o vəzifəni həmin məmurun boynuna qoyubsa.."

  • 03 apr 2020, 00:29
"Ümid" partiyasının sədri İqbal Ağazadə NK yanında Operativ qərərgahın qərarlarının icrasında ortaya çıxan bəzi narazılıqlara dair maraqlı tənqidi fikirlər səsləndirib. O yazıb:
“Vətəndaşlar karantin rejimini pozduğu üçün cərimə olunurlar. O zaman öz vəzifəsini yerinə yetirə bilməyən məmurlar da cinayət məsuliyyətinə cəlb olunmalıdır. Çünki kütləvi epidemiyanın yayılması istiqamətində məsuliyyətini unudur və vəzifəsinə barmaqarası yanaşır. Əgər dövlət o vəzifəni həmin məmurun boynuna qoyubsa, işləyirsə və buna görə maaş alırsa, vəzifəsini layqincə yerinə yetirməlidir. Çünki burada cəmiyyətimizin, insanlarımızın problemlərindən söhbət gedir. Biz bu Vətəni sərhəddinə, torpağına, dağına, daşına, yeraltı-yerüstü sərvətinə görə yox, insanına görə sevirik. Düzdür, məsuliyyətsizlik edən insanlar da var. Ancaq əksər insanlar problemlərini həll etmək məqsədilə evdən bayıra çıxmaq məcburiyyətində qalır. Ona görə də, dövlətin sosial dəstək paketi genişləndirilməlidir. Bütün imkanlarımızı ortaya qoymalı, dövlətin bütün gücünü səfərbər etməliyik. Millət yenə də işləyib pul yığa bilər, fonda yenə pul toplanar. Olmazsa da, olmaz. Bu gün kisəmizin ağzını açıb insanlarımızın sağlamlığı üçün xərcləməliyik ki, milləti bu bəladan qurtara bilək”.
Oxşar xəbərlər