Koronavirus Qarabağın azadlığı üçün unikal durum yaradıb

  • 29 mar 2020, 19:26
Ermənistan və Azərbaycan bölgədə üz-üzə, təkbətək qalıb; Bakının sərt qərarını əngəlləyəcək heç bir səbəb qalmadı; hərbi ekspert deyir ki...
Ermənistan Səhiyyə Nazirliyi elan edib ki, ona təcili şəkildə sürücülər lazımdır. Belə görünür ki, işğalçı ölkədə müqavilə əsasında, gündə 6-8 saatlıq işdə çalışmaq istəyən belə, tapılmır. Səbəb təkcə koronavirus təhlükəsi deyil, ermənilər xüsusilə son illərdə ölkəni tərk etdiklərindən işçi qüvvəsi də çatışmır. Amma öz ölkəsində maşın sürmək üçün adam tapa bilməyən Ermənistan hakimiyyəti Qarabağı məskunlaşdırmaq, bu əraziləri birdəfəlik mənimsəmək iddiasındadır. 
Ermənistanda aprelin ortalarınadək fövqəladə vəziyyət elan olunub, hətta əhali üçün xüsusi karantin rejimi mövcuddur və zərurət olmadığı halda küçəyə çıxan cərimələnir, həbs edilir. Düşmən ölkədə koronaviruslu xəstələrin sayı sürətlə artmaqdadır və 500-ə yaxınlaşır, artıq ölü sayı 3-dür. Paşinyanın təşvişli müraciəti çox şeyi deyir.
Bu gün bütün dünyanın başı özünə qarışıb, eləcə də Ermənistanın ağası və himayədarı olan Rusiyanın da. İşğalçı ölkə koronavirus səbəbindən kütləvi halda nəfəs və digər zəruri məhsullar çatışmazlığı ilə üzləşəcəksə, bu dəfə İran onun üçün “nəfəslik” rolunu oynaya bilməyəcək, çünki müsəlman qonşumuzun öz işləri fənadır.
Amma illər boyu öz əməlləri sayəsində özünü təcrid vəziyyətə salmış Ermənistan yenə də torpaq iddialarından, sərsəm xülyalarından daşınmır. Diqqət edin, COVİD-19 təhlükəsi Ermənistanı hətta işğal altındakı Dağlıq Qarabağla əlaqələri kəsməyə, araya “post” qoymağa vadar edib. Hansı ki, Qarabağ ermənilərinin ağır vəziyyəti, onların nəinki tibbi laboratoriyalara malik olmadığı, hətta normal yaşamaq imkanlarından məhrum olduğu Ermənistanda hər kəsə məlumdur. Nəzarətsiz regionda neçə nəfərin koronavirusa yoluxduğu barədə də konkret məlumat verən yoxdur. Üstəlik, ATƏT-in Qarabağdakı missiyası da yığışıb bölgəni tərk edib, həmsədrlər də bir bəyanat verərək vasitəçiliyə fasilə veriblər. Ermənistan isə bu bölgənin əhalisini taleyin ixtiyarına buraxıb. Deməli, Ermənistan hakimiyyəti Qarabağ ermənilərinin adından sadəcə öz ambisiyalarını rellaşdırmaq üçün istifadə edir, onların varlığı-yoxluğu o qədər də maraq kəsb etmir. Necə ki, Sumqayıtda qırğın törədərkən erməniləri elə “DTK” şinelindən çıxmış ermənilər özləri öldürdülər - Azərbaycanı suçlamaq üçün.
Ermənistanda koronaviruslu xəstələrin və ölənlərin sayının artdığı bu günlərdə dəhşətli virus işğalçı orduya da sıçrayıb. Rəsmi açıqlamaya görə, artıq 5 hərbçidə koronavirus  aşkarlanıb, onların xidmət etdiyi hərbi hissə isə nəzarət altına götürülüb. Lakin belə bir durumda da Ermənistan təxribatlara son qoymur. Bir neçə gün əvvəl işğalçı ölkədən Qazax rayonundakı mövqelərimiz atəşə tutuldu, cavab atəşi ilə düşmən snayperi susduruldu, hazırda erməni hərbçi ölüm-qalım arasındadır.
Bəzi ekspertlər hesab edirlər ki, düşmənin bu azğınlığının qarşılığında Azərbaycan daha sərt tədbirlərə əl atmalıdır. Martın 31-də erməni separatçıları işğal altındakı Dağlıq Qarabağda “prezident və parlament seçkiləri” keçirəcəklər. Hətta epidemiya təhlükəsi belə, erməniləri bu saxta şoudan əl çəkməyə vadar etməyib.
ABŞ mətbuatı: Dağlıq Qarabağda yaşayanlar aclıq içindədir
Hələlik Xankəndindəki qondarma rejim Dağlıq Qarabağda “bir dənə də olsun koronavirusa yoluxma qeydə alınmadığını” bildirir və nəticədə martın 31-nə təyin edilmiş “seçkilərin” təxirə salınmasına dair çağırışları yaxına buraxmır. Virtualaz.org xəbər verir ki, hərçənd sosial şəbəkələrdə yayılan məlumatlara görə işğal altındakı ərazilərdə bu virusa yoluxma halları baş verməkdədir və hətta işğalçı qüvvələrin sıralarında da yoluxma var. Hələlik isə Ermənistandan Dağlıq Qarabağa gediş-gəliş dayandırılıb. “Seçkilərin” əsas favoriti iə keçmiş səhra komandiri, Ermənistanın baş naziri Nikol Paşinyanla açıq münaqişədə olan general Vitali Balasanyandır. Rusiyanın bəzi dairələri də onu dəstəkləyir və xeyrinə təbliğat aparır. Paşinyanın özünün favoriti isə qondarma “dqr xarici işlər naziri” Masis Mailyandır. Ancaq onun populyarlığı aşağıdır və qalib gələcəyi şübhə doğurur. Üstəlik Mailyanın Rusiyaya girişinə qadağa qoyulduğu barədə xəbərlər yenidən aktuallaşıb. Bu haqda hələ martın 3-də Ermənistanda nəşr olunan “Qraparak” qəzeti yazmışdı. Bildirilirdi ki, Mailyanın Rusiyaya girişinə hansısa səbəblərdən, çox güman ki, siyasi səbəblərdən 5 illiyinə qadağa qoyulub.  İndi isə “Yerevan teleqülləsi” Telegram-kanalı bu barədə sənədin surətini dərc edib. Sənəddə göstərilir ki, Mailyanın Rusiyaya girişinə 2020-ci il martın 11-dən etibarən 5 il müddətinə qadağa qoyulur. Sənəddə Mailyanın Ermənistan tərəfindən verilmiş diplomatik pasportunun nömrəsi də göstərilir. Daha sonra sənədin “qurama olduğu” iddia edilsə də məsələyə Rusiya səfirliyinin rəsmi münasibəti açıqlanmır. İstənilən halda bu sənəd və Mailyanın Rusiyaya girişinə qadağa qoyulması barədə mövzu Paşinyanın namizədinin Moskvadakı bəzi dairələr tərəfindən “arzuolunan” namizəd olmadığı haqda təxminlərə yol açır.
Beləcə, separatçılar “seçki tamaşası”nı, Ermənistan isə sərhəd boyunca təxribatlarını davam etdirir. Lakin təəssüf doğuran budur ki, ATƏT-Minsk Qrupunun həmsədrləri də separatçı və işğalçı ünsürləri bu axmaq fikirdən çəkindirmək üçün hərəkətə keçmirlər. ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin və digər təmsilçilərin koronavirus təhlükəsi səbəbindən bölgəni tərk etməsi halında Ermənistan və Azərbaycan bölgədə üz-üzə, təkbətək qalıb.  Üstəlik, danışıqların perspektivinə də heç bir ümid qalmayıb. Həmsədrlərin tərəflərə atəşkəsi qorumaqla bağlı çağırışına isə nə Ermənistan, nə də Qarabağ separatçıları məhəl qoymur.  Elə son sutka ərazində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Müdafiə Nazirliyindən bu barədə məlumat verilib.
Üzeyir Cəfərov: “Erməniləri vahiməyə salan xüsusi təyinatlılarımız ...
Bu həftə cəbhə xəttində olan hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Musavat.com-a bildirdi ki, normal məntiqlə ermənilərin son vaxtlar cəbhənin ayrı-ayrı istiqamətlərində davamlı təxribatlarını anlamaqda çox çətinlik çəkir: “Belə güclü və davamlı vəziyyətləri də mövcud deyil ki, deyəsən bunlar nəyəsə arxayındılar. Prinsip etibarilə bunların ipinin kimin və haranın əlində olmasını zatən hər kəs yaxşı bilir. Amma belə ağılsızlıq və axmaqlığı yalnız erməni xislətli məxluqlar edə bilərlər, necə ki, edirlər. Özü də 2020-ci il başlayandan bu vaxta kimi Ermənistan Silahlı Qüvvələrinin həm öz ərazilərində, həm də Azərbaycanın işğal altındakı ərazilərində ölən və yaralanan əsgər və zabitlərinin ümumi sayı əvvəlki illərlə müqayisədə xeyli çoxalıb. Hardasa 30-40 döyüş və qeyri-döyüş itkilərinin olması məlumdur. Siyahıya ölən, yaralanan və tam yararsız hala düşən hərbi qulluqçular daxildirlər.
Ermənistanı və separatçı qurumu bürüyən saysız-hesabsız hadisələr sırasına indi də dünyanı cənginə alan koronavirus xəstəliyi də əlavə olunub ki, artıq bu əsrin bəlası erməni ordusunun sıralarına da yol açıb. Bunun özü işğalçı orduda çox böyük panik əhval-ruhiyyəyə səbəb olub. Hesab edirəm ki, sepratçıların martın 31-nə planlaşdırdıqları qondarma “prezident seçki şousu” da düz-əməlli baş tutmayacaq və yəqin ki, onlar bu məsələni bir qədər sonraya ertələməli olacaqlar. Hər halda, bir qədər gözləsək, yəqin ki, bir çox hadisələrin şahidi olacağıq”.
Ü.Cəfərov hesab edir ki, biz bu seçkiləri tanımamaqla yanaşı, xüsusən də ATƏT-in Minsk Qrupunda vasitəçilik missiyasını yerinə yetirən dövlətlər qarşısında tələblər qoymalıyıq: “Biz tələb etməliyik ki, onlar bu separatçı qurumun növbəti qondarma “prezident seçkisi” hoqqasına münasibətlərini açıqlasınlar. Əlimizdənn hələlik bir başqa iş hələlik gəlmədiyindən, biz yalnız siyasi rıçaqlar vasitəsiylə bu növbəti həyasızlığa təpki göstərməliyik. Əslində indi Ermənistanı və separatçıları cəzalandırıb öz ərazi bütövlüyümüzü tam təmin etmək üçün çox unikal və bəlkə də tarixdə heç vaxt olmayan bir vəziyyət yaranıb. Ermənilər də buna görə çox narahatdılar və onların son vaxtlar atəşkəs rejimini daha çox pozmaları və təxibatlara əl atması da məhz bununla daha çox bağlıdır. Lakin söylədiklərimin fonunda Azərbaycan Ordusunun hərəkətə keçə biləcəyi haqqında fikirlərimdə pessimistəm. Ona görə yox ki, biz istəmirik, sadəcə, ATƏT-in bivec Minsk Qrupu və digər söz və güc sahibi olan dövlətlər vəziyyəti gərginləşdirməmək üçün Azərbaycan və Ermənistan tərəfdən çox böyük xahişlər ediblər - baxmayaraq ki, erməni yaramazları verdikləri sözü həmişə olduğu kimi tutmur və həm iki dövlət arasında olan sərhəd ərazilərində, həm də işğal altındakı ərazilərdə mütəmadi atəşkəs rejimini pozmaqda davam edirlər”.
Bu arada Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri, deputat Tural Gəncəliyev sosial şəbəkədə ilginc paylaşım edib. O yazıb: “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icmasının üzvü olan bir vətəndaş oliqarx Arayik Harutyunyana qarşı çıxır və deyir: “Təkcə mənim kəndimin sakinləri deyil, bütün Dağlıq Qarabağ sakinləri haqqında demək istəyirəm ki, sizi dəstəkləyən istənilən bir şəxs həm öz ailəsinin və həm də bütün cəmiyyətin düşmənidir”.
Tural Gəncəliyev: Dağlıq Qarabağın Azərbaycanlı icması erməni ...

İcma  sədri ardınca bildirib: “Erməni icmasının nümayəndələrinə səslənirəm! Mənasız və qeyri-leqal seçki oyunlarına alət olmayın! Sizlərin qanuni əsaslarla seçilmiş yalnız bir nümayəndəniz var və o şəxs Tural Gəncəliyevdir!”
Ermənistanın Dağlıq Qarabağla əlaqələri kəsməsi, gediş-gəlişi yazaslaması halında, üstəlik, koronavirusun tüğyan etdiyi dönəmdə girovluqda olan Qarabağ erməniləri işğalçı və separatçıların zülümlərindən bezib Bakıya üz tuta bilərmi? Buna hələlik inanan yoxdur. Amma Azərbaycan ordusunun düşmənin başına bombalar yağdırması vəziyyəti bizim xeyrimizə dəyişdirə bilər. Azərbaycan bütün addımları atdı ki, Ermənistan dinc yolla torpaqların işğalına son versin. Lakin işğalçı ölkə status-kvonu saxlamaq üçün əlindən gələni etdi. Martın 31-də isə Bako Saakyan estafeti başqa bir separatçıya ötürəcək. Azərbaycanın Ermənistana v ə Qarabağ separatçılarına vaxt verməsinin əsl vaxtıdır.
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya ...
Bu günlərdə sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Moderator.az-a maraqlı fikirlər söyləyib. Sabiq nazirin sözlərinə görə, bu günün reallığı belədir ki, koronaviruslu günlərdə erməni-azərbaycanlı münaqişəsində situasiyaya nüfuz edəcək iki oyunçu qalıb. Bunlar Ermənistan və Azərbaycandır: “Fikrimcə, bir-iki həftədən sonra Azərbaycanın Ermənistana verəcəyi bu sual aktual olacaq: “İşğal olunmuş ərazilərdən ordunun çıxarılması üçün sizə neçə gün lazımdır?””
Ermənilərin 31 martda, azərbaycanlıları soyqırım etdikləri bir gündə sərgiləyəcəkləri həyasızlıq isə sərt cəzanı haqq edir. Azərbaycan ordusunun öz sözünü deməsi üçün unikal zaman yetişib. Bəlkə də koronavirus Qarabağın şansıdır...
P.S. Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun ayırdığı maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
Elşad Paşasoy,
Musavat.com
Oxşar xəbərlər