Demokratik TV
Xəbər lenti
Erməni icmasının bəzi üzvləri Tural Gəncəliyevə müraciət edib
- 25 mart 2020, 17:03
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev açıqlama yayıb.
Məlumata görə, T. Gəncəliyev bildirib ki, son günlər Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icmasının bir sıra üzvləri seçkili nümayəndə kimi ona müraciət edərək (təhlükəsizlik baxımından adları açıqlanmır) Dağlıq Qarabağda kəskin respirator infeksiyaya, pnevmoniyaya yoluxmuş şəxslərin sayının artması, səhiyyə infrastrukturunun acınacaqlı vəziyyəti, testlərin olmaması, tibbi heyətin çatışmaması barədə məlumat verib, Ermənistanın və qanunsuz rejimin koronavirusa (COVID-19) yoluxma hallarını əhalidən gizlətməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər.
“Mən seçkili nümayəndə olaraq Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməni icmasına koronavirusdan müdafiə olunmaq üçün fərdi gigiyena qaydalarına, özünütəcrid, sosial məsafə kimi tədbirlərə ciddi surətdə riayət etməyə çağırıram. Əminəm ki, Ermənistanın işğalı başa çatdıqdan sonra Azərbaycan dövləti ölkəmizin Dağlıq Qarabağ bölgəsində səhiyyə infrastrukturunu yenidən quracaq və hər iki icma müasir standartlara cavab verən tibb sisteminin imkanlarından bəhrələnəcəklər”, - deyə T. Gəncəliyev vurğulayıb.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri bəyanat yayıb
Tural Gəncəliyevin Brüsselə səfəri başlayıb
Qarabağ İcmasının yeni İdarə Heyəti məlum oldu
XİN mətbuat katibindən erməni həmkarına cavab
"Azərbaycan işğalçını Türk silahları ilə vuracaq" - İDDİA
Rəsmi Bakıdan Lavrova - CAVAB
Azərbaycanda daha 15 nəfərdə koronavirus aşkarlandı
AŞPA-nın komitə iclasında Dağlıq Qarabağ müzakirələri
Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yayıb
İlham Əliyev Fransada hansı xarici şirkətlərə xəbərdarlıq edib?
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti