Topçubaşovdan Sahibə Qafarovaya qədər olan spikerlər — Tam siyahı

  • 11 mart 2020, 20:46
Azərbaycan parlamentinin sədrləri...

Dünən VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin (MM) ilk iclası keçirilib. İclasda Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın parlamentin sədri kimi namizədliyi irəli sürülüb və 116 səs leyinə olmaqla Sahibə Qafarova Milli Məclisin sədri seçilib.
Belə ki, S.Qafarova Azərbaycan Milli Məclisinin sayca 4-cü sədri olub. Sahibə Qafarova eyni zamanda Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSRİ, həmçinin 1991-ci ildən sonrakı dövürlərdə parlamentə rəhbərlik edən sayca 24-cü sədr olub. Bundan başqa Sahibə Qafarova Azərbaycan parlamentinə rəhbərlik edən sayca 2-ci qadın sədr olacaq.

Azərbaycan parlamentinə sədrlik edən şəxslərin tam siyahısını təqdim edirik:

Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) dövründə Parlamentin sədrləri:

1. Əlimərdan bəy Topçubaşov (7 dekabr 1918 -28 aprel 1920)

Azərbaycan SSR Ali Sovetinin (1938-1991) sədrləri:

2. Yaqubov Mirteymur Mirələkbər oğlu (18 iyul 1938-ci il - 7 aprel 1941-ci il)
3. Əliyev Əziz Məmmədkərim oğlu (7 aprel 1941-ci il - 6 mart 1944-cü il)
4. Qafarzadə Sultan Əsədulla oğlu (6 mart 1944-cü il - 22 mart 1947-ci il)
5. Yusifov Yusif Niftalı ağa oğlu (22 mart 1947-ci il - 26 mart 1951-ci il)
6. Əhmədov Ağamirzə Mirzəli oğlu (26 mart 1951-ci il - 18 aprel 1953-cü il)
7. Topçubaşov Mustafa Ağabəy oğlu (18 aprel 1953-cü il - 25 mart 1955-ci il)
8. Bayramov Abdulla Səlim oğlu (25 mart 1955-ci il - 23 yanvar 1958-ci il)
9. İbrahimov Mirzə Əjdər oğlu (23 yanvar 1958-ci il - 25 mart 1959-cu il)
10. Cəfərli Qəzənfər Musa oğlu (25 mart - 26 noyabr 1959-cu il)
11. Tağızadə Əli Əli oğlu (26 noyabr 1959-cu il - 29 mart 1963-cü il)
12. Dadaşzadə Məmməd Arif Məhərrəm oğlu (29 mart 1963-cü il - 5 aprel 1967-ci il)
13. Topçubaşev Mustafa Ağabəy oğlu (5 aprel 1967-ci il - 1 iyul 1971-ci il)
14. Rüstəmzadə Süleyman Əliabbas oğlu (1 iyul 1971-ci il - 10 iyun 1989-cu il)
15. Qafarova Elmira Mikayıl qızı (28 iyun 1989 - 18 dekabr 1991)

Azərbaycan Respublikası Ali Sovetinin (1991 - 1995) sədrləri:

16. Qafarova Elmira Mikayıl qızı (18 dekabr 1991 - 5 mart 1992)
17. Məmmədov Yaqub Cavad oğlu (6 mart 1992 - 18 may 1992)
18. İsa Qəmbər Yunis oğlu (18 may 1992 - 15 iyul 1993)
19. Heydər Əliyev Əlirza oğlu (15 iyul 1993 - 5 noyabr 1993)
20. Quliyev Rəsul Bayram oğlu (5 noyabr 1993 - 12 noyabr 1995)

Azərbaycan Respublikası Milli Məclisinin (1991 - 1995) sədrləri:

21. Quliyev Rəsul Bayram oğlu (12 noyabr 1995 - 11 sentyabr 1996)
22. Ələsgərov Murtuz Nəcəf oğlu (16 oktyabr 1996 - 2 dekabr 2005)
23. Əsədov Oktay Sabir oğlu (2 dekabr 2005 - 10 mart 2020)
24. Qafarova Sahibə Əli qızı (10 mart 2020 - …) (Yeniavaz.com)
Oxşar xəbərlər