Bakı-İrəvan arasında razılaşma var: “güzəşt...” – Video

  • 24 fev 2020, 21:50
Ermənistandakı referendum nonsensdir. Bu referendumla rəsmi İrəvan ictimaiyyətin fikrini Qarabağ ətrafında gedən hadisələrin inkişafından yayındırır.
Bu barədə Ermənistanın “Vernatun” ictimai-siyasi klubunun bəyanatında deyilib.
“Konstitusiya islahatı yalançı gündəmdir və sadə Ermənistan vətəndaşına heç nə verməyəcək. Məsələ bundadır ki, Ermənistan üçün Qarabağ ətrafında təhlükəli proseslər gedir və referendum da ictimaiyyətin fikrini hədəfdən yayındırmaq üçündür”, - bəyanatda qeyd olunub.
Klub bəyanatında qeyd edib ki, İrəvanla Bakı arasında Qarabağ probleminin həlli məsələsində razılaşma var və Ermənistan güzəştə gedəcək. Ermənistan cəmiyyətinin reaksiyasını düşən hökumət yayındırıcı manevr etməyə cəhd göstərir.
Qeyd edək ki, Ermənistan müxalifəti hakimiyyətə təzyiq üçün son günlər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlardan maksimum istifadə etməyə çalışır. /axar.az/
Oxşar xəbərlər