Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

{time}  

Gəncədən deputatlığa namizəd Müsavatçı müəllimi və həkimi tanıyaq! VİDEOMÜRACİƏTLƏRİ

Gəncədən deputatlığa namizəd Müsavatçı müəllimi və həkimi tanıyaq! VİDEOMÜRACİƏTLƏRİGəncə "Müsavat"çıları da növbədənkənar parlament seçkilərinə hazırlaşır. Bu münasibətlə Rəsulzadə mirası olan müxalif partiya Gəncədə bir neçə dairə seçki komissiyaları üzrə öz namizədlərini dəstəkləyir, 9 fevralda baş tutacaq seçkilərə daha çox mandat uğrunda qalibiyyət üçün can atır.

"Müsavat" partiyasının Gəncə təşkilatının üç üzvü hazırda seçki marafonuna qoşulub. Şəhər təşkilatının sədri Cahangir Əmirov da 38 saylı Nizami ikinci seçki dairəsindən deputatlığa namizəddir.

Onu öz dilindən tanıyaq.

Gəncədən deputatlığa namizəd Müsavatçı müəllimi və həkimi tanıyaq! VİDEOMÜRACİƏTLƏRİ"Əvvəlcə soyadım haqda: Ulu babamın adı Amirxan olub. Sovet hakimiyyəti  gələndə soyadları yazan rusdilli olub, Amirxanov yazmaq istəməyib , "xan” olmaz deyib və soyadımızı Əmirov yazıb. Odur ki, soyadımız Əmirov qalıb!

01 aprel 1942-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olmuşam, orta məktəbi bitirdikdən sonra Gəncə şəhərinə gəlmişəm, 1967-ci ildə GDPİ-nin fizika riyaziyyat fakültəsini bitirib, 1969-1975-ci illərdə Kazan Universitetində, 1980-1985-ci illərdə isə Moskva Dövlət Universitetində ixtisasartırma kursları keçmişəm. 1970-ci ildən Moskva Tətbiqi Fizika İnstitunun dissertantı olmuşam, 1981-ci ildə namizədlik dissertasiyası müdafiə etmişəm. 1985-ci ildən GDPİ-nin Fizika kafedrasının dosenti, fizika üzrə fəlsəfə doktoru olmuşam!

GDPİ-də (sonralar GDU alınıb) müxtəlif vəzifələrdə elmi şuranın katibi, qəbul komissiyasının katibi, fizika kafedrasının müdiri və s. vəzifələrə seçilmişəm.

4 kitabın 94 elmi məqalənin müəllifiyəm. Bundan əlavə yüzlərlə siyasi mövzularda məqalələrin müəllifiyəm. Hazırda 4 kitabım çapdadır.

2003-cü ildə siyasi əqidəmə görə həbs olunmuşam, bir ilə qədər mücarirətdə olmuşam. 35 ilə qədər müddətdə çalışdığım universitetdən qanunsuz olaraq xaric edilmişəm.

1994-cü ildən Müsavat partiyasının üzvüyəm. Ailəliyəm. 2 oğlum, 2qızım 10 nəvəm var.

Əziz seçicilər, dəyərli Gəncə sakinləri, mən əmək fəaliyyətinə 1967-ci ildən GDPi-nun fizika kafedrasında müəllimliklə başlamışam. Müdafiə edəndən sonra isə dosent seçilmişəm.

30 ilə qədər birinci və dördüncü kurslarda fizika  fənninin müxtəlif bölmələrini tədris etmişəm. Dərs dediyim tələbələr bu gün respublikanın demək olar ki, bütün bölgələrində tədris və başqa sahələrdə, hətta rəhbər vəzifələrində calışırlar. Həmin tələbələr şahiddir ki, onlardan nəinki təmənna ummamışam, hətta imkanım daxilində başqalarının təmanna xatirinə incidilməsinə də imkan verməmişəm. Fizika kafedrasına müdir seçildikdən sonra da kafedraya götürdüyüm işçiləri tam təmənnasız, bilik və bacarıqlarına əsaslanaraq götürmüşəm. Həmin işçilər indi də GDU-nun fizika kafedrasında çalışır, aralarında fəlsəfə doktoru, hətta professor onanlar da var. Daim tələbələrimlə fəxr edirəm!

1988-ci ildən Dağlıq Qarabağda gedən proseslərlə bağlı respublikamızda Xəqani Hüseynovun rəhbərliyi ilə Qarabağ Azadlıq Hərakatı (QAH) yaradıldı və mən 1990-ci ilin əvvələrində QAH Gəncə təşkilatının sədri seçildim. Tədris prosesi ilə bərabər döyüş bölgələrinin təchizati ilə də məşğul olurduq.

1993-cü ildə H.Əliyevin hakimiyyətə gəlməsindən sonra QAH-nin fəaliyyəti dayandırıldı, mən də siyasi fəaliyyəti seçdim!

Səhv etmirəmsə, 1994-cü ilin ortalarında Gəncə şəhərinə təbii qaz nəqli dayandırıldı və bununla da şəhərin ağır günləri başladı. Soyuq aylarda istiliyə olan təlabat elektirik enerjisi ilə ödəmək məcburiyyəti transfarmatorları sıradan çıxarır, sakinlər uzun müddət buz kimi otaqların ümidinə qalırdı. Bununla bağlı dəfələrlə şəhərin səlahiyyətli şəxslərinə müraciət etsəm də nəticə vermirdi. Beleliklə, siyasi fəaliyyətə başlamağa qərar verdim.

1994-cü ilin sonlarında Müsavat partiyasına üzv, 1995-ci ilin yanvar ayında isə Gəncə şəhər təşkilatına sədr seçildim. Həmin dövr Gəncə şəhərinə qaz nəqlinin dayandırılması, bir-birinin ardınca istehsal müəssisələrinin bağlanması ilə bağlı iş yerilərinin də azalması dövrü idi. Mən Gəncə şəhərinin bu ağır dururmu ilə və sonralar da yaranan müxtəlif probremlərlə bağlı müntəzəm olaraq respublika və dünya informasiya vasitələrində - "ANS”, "Yeni Müsavat”, "Azadlıq”, "Hürriyyət”, "Yeni Turan”qəzetlərində; "Azadlıq” "BBS”, Amerkanın Səsi radiolarında çıxışlar etmişəm. Hər çıxışımdan sonra da rayon və şəhər polis orqanlarında günlərlə istintaqa və hədələrə məruz qalmışam.

Bir faktı da nəzərinizə çatdırım ki, Elmar Vəliyevin şəhər İH-in başçısı təyin edildikdən 2 il sonra qılıncının dalı da, qabağı da kəsən zamanda mən "Gəncə - gözəl diyar, kasıb şəhər” adlı kəskin tənqidlə dolu məqalə ilə çıxış etdim ki, bu "Yeni Müsavat”, "Turan Eli” və başqa qəzetlərdə çap edildikdən sonra bir aya yaxın şəhər polis idarəsində istintaqa cəlb olundum!

Gəncə şəhərinin sosial-iqsadi durumu ilə bağlı 1998-ci ildən başlayaraq on dəfəyə yaxın siyasi etiraz aksiyaları keçirmişik. Bütün bu mübarizə yolum 2003-cü ildə həbsim, işlədiyim GDU-dan qanunsuz xaric edilməyim, bir  ilə yaxın müharciət həyatı keçirməyimlə, günlərlə, həftələrlə, bəzən aylarla istintaqa cəlb olunmağımla müşahidə olunub.

Hazırda təqaüddəyəm.

Bütün bunlara baxmayaraq "Müsavat partiyası Gəncə təşkilatının sədirliyini, eyni zamanda demokratik və azad cəmiyyət uğrunda apardığım mübarizıni davam etdirirəm. Əziz seçicilər! Mən 38 saylı Nizami ikinci seşki dairəsindən deputadlığa namizədliyimi verərkən sizin vicdan mühakimənizə, sağlam düşüncənizə arxalanmışam. Səs verib məni seçərsinizsə, ürəklə xidmət edəcəm və sizlərin vəkili olacam!

Allah sizləri qorusun!"

"Müsavat”çı namizədin platforma çağırışı aşağıdakı kimidir.

"Dəyərli seçicilər!

Qarşımızda duran ən ümdə problem Qarabağ problemidir. Bununla bağlı "Müsavat” partiyasının konsepsiyası var və mən də bu konsepsiyanı, ümumiyyətlə Qarabağın işğaldan azad edilməsi yolunda mümkün olanbütün imkanların həyata keçirilməsinə yardımçı olacam.

"Müsavat” partiyası Gəncə təşkilatına sədr seçildiyim 1995-ci ildən etibarən Gəncə şəhərində mövcud problemlərlə bağlı siyasi aksiyalar, mətbuat səhifələrində ANS televiziya kanalı, Azadlıq, Amerikanın Səsi, BBS və sair kimi xarici radiostansiyalarda çıxışlar etmişəm. Gəncə şəhərində hazırda ən başlıca problem işsizlik problemidir. Belə ki, 1993-cü ilə qədər Gəncə şəhərində əhalinin sayı 200 minə yaxın olduğu halda, şəhərdə 42 istehsal müəssisəsi çalışırdı ki, onlardan bəzilərində 6 min işçi yeri vari idi. Bundan əlavə həmin illər yüzlərlə kiçik müəssisə və kooperativlərdə 100-lərlə Gəncəli işlə təmin olunmuşdu. Bugün əhalinin sayı 500 minə yaxın olan Gəncə şəhərində istehsal müəssisələrindən heç biri işləmir.

Kiçik müəssisələr və kooperativlərdə olan iş yerləri isə tələbatdan qat-qat aşağıdır. Bu səbəbdən də işsizlik dözülməz həddədir.

Gəncədə işsizlik probleminin həlli istiqamətində daha çox vətəndaşın sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına yaradılan süni maneələrin aradan qaldırılmasına çalışacağam. Uşaqpullarının verilməsi, təqaüdlərin artırılması, Gəncə hadisələri ilə bağlı günahsız həbs olunanların etirazlarına əsasən qanun çərçivəsində yenidən araşdırılması məsələsini qaldıracam. Gəncə şəhərinin mərkəzindən kənarda yerləşən yaşayış massivlərində (Yeni Gəncə, Gülüstan, Sevinc qəsəbəsi və sair) ara yollara asfalt örtüklərin salınması, uşaqlar üçün əyləncə yerlərinin, yaşlı nəslin oturub istirahət etməsi üçün ümumiyyətlə normal abadlıq şəraituinin yaradılması vacib məslədir və bunun həlli ilə bağlı aidiyyatı orqanlar qarşısında məsələ qaldıracağam.

Hörmətlə: Cahangir Əmirov" 

Gəncə şəhərində "Müsavat” partiyasının deputatlığa namizədlərindən biri də 39 saylı Kəpəz birinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış, tanınmış həkim-otolorinqoloq Qasımov Şahəddin Qüdrət oğludur.

Gəncədən deputatlığa namizəd Müsavatçı müəllimi və həkimi tanıyaq! VİDEOMÜRACİƏTLƏRİ"Müsavat”çı həkim Qasımov Şahəddin Qüdrət oğlu 1952-ci ildə dekabrın 3-də Şəmkir rayonunun Alabaşlı kəndində anadan olub. 1959-69-cu illərdə Alabaşlı kənd orta məktəbində təhsil alıb.  1972-78-ci illərdə Donetsk Dövlət Universitetində ali təhsil alaraq, "həkim pediatr” ixtisasına yiyələnib.

1978-ci ildə Rusiyanın Altay ərazisində həkim - pediatr, 1983-cü ildən isə həkim otolorinqoloq kimi əmək fəaliyyətilə məşğul olub.

1985-87-ci illərdə otolorinqologiya üzrə Klinik ordonototiyada təhsil alıb.

1988-ci ildən bugünədək Gəncə şəhərində  həkim otolorinqoloq kimi öz peşə fəaliyyətini davam etdirir.

Tanınmış müsavatçı həkimin seçki marafonundakı əsas devizi belədir: SAĞLAM UŞAQLAR, SAĞLAM MİLLƏT VƏ SAĞLAM AZƏRBAYCAN NAMİNƏ!”


Template not found: /templates/Front/modules/rightside_fullstory.tpl

Bütün xəbərlər

{readnews}
2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?

«    Fevral 2020    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.