Qondarma rejim Qarabağda "seçki" keçirməyə hazırlaşır

  • 22 yan 2020, 20:55

Demokratik.Az "ENS.Az" saytına istinadən bildirir ki, bu il - martın 31-də qondarma "Dağlıq Qarabağ Respublikası" parlament və prezident seçkiləri keçirməyə hazırlaşır. Separatçı rejimin Mərkəzi Seçki Komissiyasının sədri Srbui Arzumanyan televiziya və radio efirində seçkilərin 2020-ci il 31 marta təyin olunduğunu və həmin günün də istirahət günü elan edildiyini bildirib.

Təhlilçilər seçkilər kampaniyasının rejimin hakimiyyətin mövcud vəziyyətin qorunması istiqamətində qəti və fəal şəkildə həyata keçirilmiş strategiyası barədə danışmağa imkan verdiyini bildirir. Artıq "12 prezidentliyə namizədin olması hələ burada demokratik seçki olacağını ifadə etmir "deyə onlar qeyd edirlər.

Təhlilçilərin fikrincə, bu qərar sadəcə qondarma rejim rəhbərliyinin hakimiyyətlərinin əvvəlki illəri ilə bağlı bütün problemləri avtomatik olaraq aradan qaldırmağa yönəlib.

Qeyd edək ki, 31 mart azərbaycanlıların ermənilər tərəfindən soyqırımı günüdür.

Tərcüman: Fəxri Qocayev

Oxşar xəbərlər