Xəbər lenti
Bütün xəbərlər

Zelenski ilə Bakıya gələn azərbaycanlı – Foto

  • 18 dek 2019, 13:23

Ukrayna Prezidenti Vladimir Zelenskinin səfəri çərçivəsində Bakıda təşkil olunmuş Azərbaycan-Ukrayna biznes forumunda Azərbaycan Ukrayna İş Adamları və Sənayeçiləri Birliyinin sədri, "A & A” şirkətlər qrupunun prezidenti Əli Əliyev də iştirak edib.

Axar.az xəbər verir ki, Ə.Əliyevin sədri olduğu Azərbaycan Ukrayna İş Adamları və Sənayeçiləri Birliyi Ukraynanın müxtəlif bölgələrində sosial layihələrə investisiyalar qoyur, tarixi abidələrin bərpasında yaxından iştirak edir.

Xatırladaq ki, bir qədər əvvəl Ə.Əliyevin dəstəyi ilə Ukraynanın Vinnitsa şəhərində təmənnasız olaraq uşaq bağçası kompleksi tikilərək istifadəyə verilib.

İş adamı Ukraynanın tarixi şəhərində belə bir layihənin həyata keçirilməsinin böyük əhəmiyyət daşıdığını deyib.

Oxşar xəbərlər