Əli İnsanov Vahabzadə ilə partiya yaratdı – SİYAHI
Eks səhiyyə naziri Əli İnsanov Faceb0ok səhifəsində yeni partiyasını elan edib.
Demokratik.Az xəbər verir ki, sabir nazir yeni qurulacaq "Haqq Ədalət Partiyası”nın 15 nəfərdən ibarət təşkilat komitəsinin siyahısını təqdim edib: (Komitə üzvlərinin bir neçəsi xaricdə yaşayır)
1) Əli İnsanov-sədr
2) İsfəndiyar Vahabzadə-Azərbaycanın sabiq səfiri (Bəxtiyar Vahabzadənin oğlu)
3) Qalibə Budaqova – BDU-nun sabiq əməkdaşı, Bakı şəhəri 23 saylı orta məktəbin sabiq direktoru, şəhid Milli Qəhrəman Tahir Həsənovun anası, Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyinin sədri
4) Mirədalət Talışxanov – Hüquqşünas, Masallı rayon Məhkəməsinin sabiq sədri, Azərbaycan Respublikası Baş Prokurorunun sabiq köməkçisi
5) Eyvaz Əliyev – YAP Beyləqan rayon təşkilatının sabiq sədri, Beyləqan Rayon İcra Başçısının sabiq müavini
6) Oruc Muradov – Ukrayna Respublikası Xarkov şəhərində yaşayır, iqtisadçı, sahibkar,1988-1990-cı illərdə Xalq Hərəkatının iştirakçısı
7) İlqar Quliyev – Ekoloq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sabiq əməkdaşı, Azərbaycan Respublikaçılar Partiyasının Sumqayıt şəhər təşkilatının sədri
8) Babək Adıgözəlov – Hüquqşünas, YAP Nəsimi rayon təşkilatının idarə heyyətinin sabiq üzvü
9) Yalçın Qəhrəmanoglu – Ukraynanın paytaxtı Kiyevdə yaşayır, iqtisadçı mühəndis, sahibkar, Milli Şuranın üzvü
10) Əfqan Sadıqlı – jurnalist, Azel tv-nin rəhbəri
11) Zaur Bayramoglu – Qazi
12) Murad Muradov – İctimai fəal
13) Rəşad Abbaslı – Mühəndis, Təşkilat Komitəsinin katibi
14) Fərrux Binətzadə – Hüquqşünas, keçmiş polis zabiti
15) Murad Quliyev – İqtisadçı-hüquqşünas, ABŞ-da tədqiqatçı
