Xəbər lenti
Bütün xəbərlər

Putin Mehriban Əliyevanı "Dostluq" ordeni ilə təltif edib - Foto

  • 22 noy 2019, 23:37

 

Rusiya prezidenti Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmləndirilməsində xidmətlərinə görə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya "Dostluq” ordeni təqdim edib.

 

APA xəbər verib ki, birinci vitse-prezident Mehriban Əliyeva Rusiyada rəsmi səfərdədir.

Rusiya prezidenti V.Putin Mehriban Əliyevaya dövlət mükafatını Novo-Oqaryovadakı iqamətgahında təqdim edib. Rusiya prezidentinin sözlərinə görə, medalın adı məhz Mehriban xanım Əliyevanın Rusiya-Azərbaycan münasibətləri üçün gördüyü işləri əks etdirir. Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya prezidentinin onu əsl dost adlandırmasını qürur hissi ilə qarşıladığını bildirib.

Oxşar xəbərlər