DİQQƏT AZƏRBAYCANA! - Ölkəmizdə nə baş verir...

  • 28 okt 2019, 13:32

Son günlər bütün dünyanın diqqəti Azərbaycana yönəlib. Xüsusən də son bir həftə ərzində ölkəmizdə baş verən bəzi ictimi-siyasi proseslər, mühüm siyasi, mədəni tədbirlərin keçirilməsi bu diqqətin başlıca səbəblərindədir. 
Bu tədbirlərə misal olaraq, ilk növbədə oktyabrın 19-da Milli Şuranın Bakının mərkəzində keçirməyə cəhd etdiyi icazəsiz etiraz aksiyasını qeyd edə bilərik. Hansı ki, bu aksiya ölkə ictimaiyyəti ilə yanaşı, bir sıra beynəlxalq təşkilatların da müzakirə mövzusuna çevrildi...

İkinci mühüm tədbir Xalq artisti Emin Ağalarovun oktyabrın 20-də Heydər Əliyev Mərkəzinin qarşısında ölkəmizə həsr olunan "Azərbaycan 101” adlı möhtəşəm musiqi layihəsini təqdim etməsi oldu. Azərbaycanın Müstəqillik Günü münasibətilə təşkil olunan bu konsertdə çoxsaylı tamaşaçıların iştirak etməsi, şübhəsiz, həmin layihəyə böyük maraq olduğunun göstəricisi idi.

Bunun ardınca, Prezident İlham Əliyevin fərmanı ilə bir sıra nazirlik və komitələrin birləşməsi, eləcə də cəmiyyətdə çoxdan gözlənilən kadr islahatalarına strart verilməsi böyük marağa səbəb oldu. Xüsusən də Azərbaycan mətbuatında "Rusiyanın adamı" kimi təqdim olunan, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin tutduğu vəzifədən uzaqlaşdırılması və Vergilər Nazirliyi, Dövlət Əmlak Komitəsi və İqtisadiyyat Nazirliyindən ibarət yeni bir "supernazirlik" yaradılaraq, Qərbmeylli kadr kimi tanınan Mikayıl Cabbarovun onun rəhbərliyinə gətirilməsi hazırda ən çox müzakirə edilən məsələlərdəndir. Təsadüfi deyil ki, son günlər ABŞ və Avropanın nüfuzlu siyasi şərhçiləri də bu islahatlarla bağlı öz fikir və mövqelərini ortaya qoymaqdadır.

O cümlədən, oktyabrın 25-dən Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində 145 ölkədən olan dövlət başçıları və rəsmi nümayəndələrin Azərbaycana gəlməsi də dünyanın diqqət mərkəzində olan mühüm ciddi siyasi hadisədir. Hansı ki, bir sıra dövlət başçılarının Bakıda verdiyi bəyanatlar istər qonşu ölkələrin, istər də ABŞ və Avropanın nüfuzlu media orqanlarında manşetə daşınmaqdadır. Bu baxımdan, qarşıdakı günlərdə də Azərbaycanın dünyanın diqqət mərkəzində olacağı şübhə doğrumur.

Üstəlik, Prezident İlham Əliyevin başlatdığl kadr islahatları çərçivəsində yaxın günlərdə Azərbaycanda bir çox yeniliklərin və siyasi dəyişikliklərin şahidi olacağımız da istisna deyil. Çünki, ölkə başçısının özü də Azərbaycanda kadrların gəncləşdirilməsi siyasətinin davamlı olacağını bəyan edib. 
İnanırıq ki, bütün bu proseslər və ölkədə həyata keçirilən islahatlar xalqımızın rifahına və ölkəmizin gerçək inkişafına öz töhfəsini verəcəkdir.

Muxalifet.az

Oxşar xəbərlər