Müsavat başqanlığına iddiaçıların debatı başladı

  • 09 okt 2019, 15:17

Bu dəqiqələrdə Müsavat Partiyasının qərargahında partiya başqanlığına namizədlərin debatı başlanacaq.

Musavat.com-un partiya qərargahında olan əməkdaşı xəbər verir ki, çoxsaylı jurnalistlərin və partiya fəallarının iştirakı ilə keçiriləcək debatın moderatoru jurnalist İzolda Ağayevadır.

Partiya başqanlığına namizədlərdən Arif Hacılı, Yadigar Sadıqlı və Tofiq Yaqublu moderatorun və jurnalistlərin suallarını cavablayacaq.

Oxşar xəbərlər