Ziya Məmmədov da danışdı: "Siyavuş Novruzov dostumdur"

  • 08 sen 2019, 12:10

Sabiq nazir Ziya Məmmədov da Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun uzun illər nazir vəzifəsində işləmiş şəxslərin ünvanına səsləndirdiyi sərt ittihamlara münasibət bildirib. Ziya Məmmədov səsləndirilən ittihamlarla bağlı Sfera.az-ın sualına qısa cavab verib. Eks-nazir qısa açıqlama ilə kifayətlənərək, səsləndirilən ittihamların ona aid olmadığını bildirib: "Təxribatla məşğul olmayın. Siyavuş Novruzov mənim dostumdur”.

 

Demokratik.Az

Oxşar xəbərlər