Azərbaycanlı jurnalistin Ermənistana səfərindən VİDEOREPORTAJLAR

  • 11 avq 2019, 12:10

Тuran-ın redaktorunun Ermənistana səfəri haqqında

1-5 fevral 2019 il tarixləri arasında Turan agentliyinin redaktoru Şahin Hacıyev reportajlar və müsahibələr hazırlamaq üçün Ermənistana ezam edilib.

Bu son 15 ildə Azərbaican jurnalistinin Ermənistana ilk səfəri idi.

Həmin səfərin həyata keçirilməsi üçün Azərbaycan və Ermənistanın müvafiq orqanlarından razılıq alınmışdı. Belə ki, Ermənistan XİN Hacıyevə və onu müşaiyət edən Gürcüstanlı və Rusiyalı assistentlərə jurnalist akkreditasiyası vermişdi.

Yerevana səfəri çərçivəsində Turan-ın redaktoru siyasi partiyaların nümayəndələri və ekspertlərlə bir sıra görüşlər keçirib.

Video və yazılı reportajların mövzusu: Ermənistanin yeni höküməti, Qarabağ konfliktin çözülməsi və regiondakı vəziyyət idi.

Bu videolar həmin səfərdən hazırlanan iki video reportajıdır. 


Oxşar xəbərlər