Erməni mətbuatı Türkiyəyə olan nifrətini etiraf edib

  • 29 iyul 2019, 16:08

"Armenian Weekly” qəzeti dünən verdiyi xəbərdə Türkiyəni "müharibə səbəbkarı", "sabitliyi pozan" dövlət olaraq adlandırıb.

Qəzet həmçinin Türkiyəni Şərqi Akdənizdəki təbii qaz ehtiyatlarını istismar etməkdə suçlayıb.

Bu barədə Türkiyə mətbuatına istinadən məlumat verir.

Erməni qəzeti Türkiyənin Şərqi Akdənizdəki qazma əməliyyatlarının bölgədə ciddi problemlər yaradacağını bildirirək, Türkiyəni işğalçı adlandırmaqdan belə, çəkinməyib.

Ermənistan iqtidarı da Türkiyə-Rusiya yaxınlaşmasını həzm edə bilmir

Şərqi Akdənizdəki anlaşmazlığın Türkiyənin Qərb ilə münasibətlərini gərginləşdirməsindən qaynaqlandığını bildirən "Armenian Weekly" burada əsas məsələnin Türkiyənin S-400-lərin alınmasında yaşatdığı problemlə əlaqəli olduğunu vurğulayıb.

Qarayaxma kompaniyasından ibarət olan məqalədə həmçinin Türkiyənin yunanlara məxsus hava sahəsini pozduğu da iddia olunur.

Xəbəri "Osmanlı dövründən və daha əvvəlki dönəmlərdən bəri Türkiyənin işğallarından bezən qruplarla birlikdə Türkiyənin davam edən pozucu fəaliyyətini ortaya çıxarmaq və açıqca bildirmək bizim lobbi fəaliyyətlərimiz üçün çox faydalıdır. Türkiyənin bu cür davranışları barəsində dünyanı daha çox məlumatlandıraq ki, erməni mübarizəsi barəsində lobbi fəaliyyətlərimiz dünyada daha çox yayılsın" - sonluğu ilə bitirən "Armenian Weekly" öz milli siyasətlərini Türkiyəyə qara yaxmaqla dünyaya tanıtmağa çalışır.

Oxşar xəbərlər