Xəbər lenti
Bütün xəbərlər

Moskvada Qarabağ məsələsinə baxan diplomat dəyişir

  • 29 iyul 2019, 14:22

Rusiya Xarici İşlər Nazirliyində Dağlıq Qarabağ münaqişəsi və keçmiş sovet respublikalarındakı digər münaqişələrlə məşğul olan diplomat dəyişir. Bu vəzifəyə Rusiyanın Ermənistandakı keçmiş səfirinin təyin olunacağı gözlənilir.

Virtualaz.org "Kommersant”a istinadən xəbər verir ki, indiyədək bu münaqişələrlə məşğul olan xarici işlər nazirinin müavini Qriqori Karasin Federasiya Şurasının üzvlüyünə namizəd göstərilib. Onun yerini kimin tutacağı isə faktiki olaraq müəyyənləşib.

Belə ki, XİN-də yüksək posta hazırda üç nəfərin namizədliyi nəzərdən keçirilir. Onların içərisində əsas namizəd XİN-in konsulluq departamentinin rəhbəri İvan Volınkindir. 60 yaşlı Volınkin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunudur, SSRİ-nin və sonradan Rusiyanın ABŞ, Yuqoslaviya Gürcüstan, Serbiya və Monteneqro, Makedoniyadakı səfirliklərində işləyib.

2009-2013-cü illərdə xarici işlər naziri Sergey Lavrovun köməkçisi, nazirliyin baş katibliyinin direktor müavini olub. 2013-2018-ci illərdə isə Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri işləyib.

Təcrübəli diplomat Qriqori Karasinin Federasiya Şurası üzvlüyünə namizədliyini Saxalin vilayətinin qubernatoru irəli sürüb. Avqust ayında onun 70 yaşı tamam olur. Karasinin uzun illərdir Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları, o cümlədən Dnestryanı münaqişəni,

Belarusla müntəzəm olaraq baş qaldıran ticarət müharibəsini kurasiya edib. Rusiya XİN-də bu istiqamətdə işin spesifikası ondan ibarətdir ki, həmin ölkələrlə bağlı qərarlar əsasən Kremldə deyil, nazirlikdə qəbul edilir.

Oxşar xəbərlər