ABŞ səfiri Elçibəyin ailəsinə məktub göndərdi

  • 28 iyun 2019, 22:28
ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Azərbaycanın keçmiş Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın vəfatı ilə əlaqədar başsağlığı verib.

Ə.Elçibəyin övladları - Çilənay Səmədbəyli və Ərturqut Əliyevin adına göndərilən məktubda deyilir:

"Ananızın vəfatı barədə xəbər məni dərindən kədərləndirdi. Bilirəm ki, bu, çox ağır bir itkidir. İcazə verin, öz adımdan və ABŞ səfirliyi adından Sizə və ailənizə bu çətin zamanda dərin hüznlə başsağlığı verim. Düşüncələrimiz və dualarımız sizinlədir.

Allah rəhmət eləsin!”.

Ə.Elçibəyin övladları başsağlığına görə ABŞ səfirinə təşəkkür ediblər.

Qeyd edək ki, Azərbaycanın ikinci Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də Türkiyədə vəfat edib. O, 67 yaşında dünyasını dəyişib. Mərhum doğma kəndi olan Naxçıvanın Ordubad rayonunun Kələki kəndində dəfn olunub.
Oxşar xəbərlər