“Azərbaycan dünyada sabitlik adası kimi tanınır"

  • 26 may 2019, 15:54

Azərbaycan Heydər Əliyev ideyaları əsasında daha da güclənir

"Bu gün Azərbaycanın iqtisadiyyatı inkişaf edib. Azərbaycan dövləti müasir dünyanın ayrılmaz bir hissəsinə çevrilib. Cənab Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, bu gün Azərbaycan sabitlik ölkəsi kimi tanınır”.

Bunu YAP sədrinin müavini, Baş Nazirin birinci müavini Əli Əhmədov deyib. O bildirib ki, ölkəmizdə insanların rifahının yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülüb.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə Azərbaycanın gələcəkdə müstəqillik qazanması üçün baza meydana gəlmiş olub: "Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. O dövrdə müstəqillik ideyasının carçısı olan AXC qurucuları bu gün sağ olsaydılar bu günkü müstəqil Azərbaycanla fəxr edərdilər".

YAP rəsmisi ki, Azərbaycanın diplomatik sferada nailiyyətləri qürur duymaq üçün kifayət qədər əsas verir: "Dövlətimiz digər xarici ölkələrdə uğurlu diplomatik əlaqələr qurub. Azərbaycandakı təhlükəsizlik və əmin-amanlıq xüsusi vurğulanmalıdır. Bunu xalqımız da görür. Azərbaycan dünyada sabitlik adası kimi tanınır".

 

Ə.Əhmədov bildirib ki, Azərbaycan Heydər Əliyev ideyaları əsasında daha da güclənir, ölkəmiz günü-gündən inkişaf edir.

Oxşar xəbərlər